Sizin Reklam Burada
Xəbər lenti
29-11-2024
28-11-2024
BÜTÜN XƏBƏRLƏR

“Cəbhədə döyüşən jurnalistlərin ailələrinə biz də yardım edəcəyik”- Millət vəkilləri

Tarix: 24-10-2020 15:19     Baxış: 3218 A- / A+
“Cəbhədə döyüşən jurnalistlərin ailələrinə biz də yardım edəcəyik”- Millət vəkilləri

Cəbhədə 20 Azərbaycan jurnalisti əsgər və zabit kimi, əlində silah vuruşur.

Manevr.az-ın məlumatına görə, bu barədə musavat.com-a xəbər verən Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib ki, həmin jurnalistlərin bir qismi vətəndaş olaraq, çağırışçı kimi, bir qismi isə könülü olaraq Azərbaycan Ordusuna qatılıblar: “İdarə Heyəti döyüşən jurnalistlərin ailələrinə maddi dəstək olmaq üçün layihə üzərində çalışır. Bu da bizim - arxa cəbhədəki jurnalistlərin öz həmkarlarına dəstəyidir”.
“Cəbhədə döyüşən jurnalistlərin ailələrinə biz də yardım edəcəyik”- Millət vəkilləri

Məsələyə münasibət bildirən millət vəkili Aqil Abbas təşəbbüsü yüksək qiymətləndirib: “Əflatun müəllim mənə zəng etmişdi. “Ədalət” qəzeti də bu təşəbbüsə qoşulacaq. Kim nə qədər vəsait köçürübsə, biz ondan artıq köçürəcəyik.
Ümumiyyətlə, imkanı olan hər kəs cəbhədə döyüşən hərbçilərimizə kömək etməlidir. İmkanı olmayanlar arasında da öz pensiyasını Silahlı Qüvvələrin Yardım Fonduna verənlər var. Mən söz vermişəm, sözümün də üstündə dururam. 1400 ildir Kərbəla şəhidlərinin xatirəsini əziz tutur, nəzirini verir, qulluğunda dururuq. Bu da Azərbaycan “Kərbəlası”nın şəhidləridir. İnşallah, qələbədən sonra bu xalq şəhid ailələrinə lazım olan hər dəstəyi verəcək. Necə ki, seyid əli öpürük, bundan sonra şəhid analarının da əllərindən öpəcəyik”.
“Cəbhədə döyüşən jurnalistlərin ailələrinə biz də yardım edəcəyik”- Millət vəkilləri

Millət vəkili Aydın Mirzəzadə də təşəbbüsə qoşulacağını bildirib: “Bu xəbəri sizdən eşitdim. Birinci gün mütləq mən də bu fonda müəyyən vəsait köçürəcəyəm. Media işçilərimiz onsuz da həmişə döyüşdədirlər. Onların informasiya müharibəsində, həqiqətin dünyaya çatdırılmasında müstəsna əməkləri var. Bu gün də əlində silah cəbhədə vuruşması, Azərbaycan jurnalistinin yüksək şəxsi keyfiyyətini, insanlığını, vətənpərvərliyini, qeyrətini göstərir. Mən həmişə Azərbaycan mətbuatı ilə, onun jurnalistləri ilə fəxr etmişəm. Allah bütün əsgərlərimizi, o cümlədən, jurnalistlərimizi qorusun”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar