Xəbər lenti
Sosial mediada bunları etmək əks effekt verir - DİQQƏT

“APA Holding”in rəhbəri Vüsalə Mahirqızı “facebook” hesabında Azərbaycan Ordusunun əks-hücum əməliyyatı zamanı sosial mediada əks effekt verəcək bir neçə məqam barədə məlumat verib.
Manevr.az sözügedən məlumatları təqdim edir:
“- Şəhidlərimizin şəklini və barəsində məlumat yaymaq. Biz necə düşmənlə bağlı bu faktlar olanda istifadə edir və seviniriksə, düşmən də eynisini edir,
- Hər hansı yolla bizə çatan döyüş bölgəsi videolarını yaymaq, onları ictimailəşdirmək. Bunu daha çox “telegram” kanalları və digər sosial media səhifələri edir. Ümumiyyətlə, o videoların çəkilməməsi üçün rəsmi qurumlar tədbir görməlidir,
- Raket atəşi açılmış, mərmi düşmüş qeyri-döyüş ərazisini çəkib ictimailəşdirərkən, yalnız dağıntı ərazisini çəkmək, obyekt adlarını, yolu, infrastrukturu çəkməmək, geniş panoram çəkiliş etməmək, konkret ünvan söyləməmək və ya yazmamaq lazımdır,
- Düşmənin beynəlxalq təşkilatlarda, mediada bizə qarşı istifadə edəcəyi faktlar, xəbərlər yaratmamaq və paylaşmamaq. Sosial mediada "daxili auditoriya" anlayışı çox kövrəkdir.
- Vətənpərvərlik postları hazırlayarkən, internetdən seçdiyimiz fotolara diqqət etmək və bizim olanı seçmək vacibdir.
- “WhatsApp” vasitəsilə ötürülmüş, sizə 8-ci adamdan gəlib çıxmış şəkilləri, videoları yaymazdan əvvəl "google"da yoxlamaq və mənbəni dəqiqləşdirmək,
- Müzəffər ordumuzun işğaldan azad etdiyi əraziləri "filan yer alındı" başlığı ilə təqdim etməmək, biz heç yeri almırıq, öz torpağımızı işğaldan azad edirik,
- Adamları əsəbiləşdirmək üçün, müharibəni qrantını artırmaq, ölkədən getmək, məşhurlaşmaq üçün fürsət bilənləri iqnor eləmək, onların statuslarını paylaşıb, sevindirməmək”.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Kriminal
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar