Sizin Reklam Burada
Xəbər lenti
29-11-2024
28-11-2024
BÜTÜN XƏBƏRLƏR

Niyə Bakı və Sumqayıtdakı çay evləri təcili qapadılır? - Polis qurumları şərh etdi

Tarix: 19-10-2020 21:57     Baxış: 3197 A- / A+
Niyə Bakı və Sumqayıtdakı çay evləri təcili qapadılır? - Polis qurumları şərh etdi

Vəziyyətin ciddiliyini nəzərə alaraq COVID-19 koronavirus infeksiyasının yayılmasının qarşısını almaq və əhalinin ictimai təhlükəsizliyini təmin etmək üçün respublikanın daxili işlər orqanlarının əməkdaşları bəzi iaşə müəssisələri ilə əlaqədar tədbirlərə başlayıb.

Manevr.az xəbər verir ki, Sumqayıt şəhərində bu gündən etibarən çay evləri bağlanır.

Məsələ burasındadır ki, səhər saatlarında Şəhər İcra Hakimiyyəti və polis orqanlarının nümayəndələri iaşə obyektlərində olublar.

Obyekt sahiblərindən küçəyə çıxartdıqları masaları götürmək və sosial məsafəni qorumaq tələb olunub.

İnzibati cəzaya cəlb olunmaqdan narahat olan bəzi sahibkarlar çay evlərinin qapılarını ümumiyyətlə bağlayıblar.

Alınan digər məlumatlara görə, təxminən eyni vəziyyət Bakıda bəzi obyektlərdə də müşahidə olunur.

Bununla əlaqədar olaraq oxu.az-ın müxbiri Sumqayıt Şəhər Polis İdarəsinə müraciət edərək məsələnin şərh edilməsini istəyib.

Dövlət qurumundan verilən məlumata əsasən, iaşə obyektlərinin qapadılmasından söhbət getmir, belə ki, Operativ Qərargah tərəfindən müəssisələrin bağlanması barədə heç bir göstəriş verilməyib.

“Son vaxtlar koronavirus infeksiyasına yoluxanların sayında artım müşahidə olunur və gələcəkdə xəstəliyin yayılmasının qarşısını almaq məqsədi ilə küçələrdən masaların yığışdırılması kimi lokal qərar qəbul edilmişdir. Bundan əlavə, ölkədə hərbi vəziyyət elan edilib və düşmən tərəfindən istənilən təxribatın olması mümkündür. Ancaq çay evlərinin qapadılması ilə bağlı məsələ nəzərdən keçirilməyib. Sahibkarlar obyektlərin daxilində müştəriləri rahat şəkildə qəbul edə bilərlər”, - deyə polis idarəsinin verdiyi açıqlamada qeyd olunur.

Məsələyə aydınlıq gətirmək üçün müraciət etdiyimiz Bakı şəhər Baş Polis İdarəsindən bildirildi ki, bununla bağlı heç bir xüsusi əmr almayıblar.

İaşə müəssisələrinin bağlanması barədə rəsmi qərar mövcud deyil.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar