Sizin Reklam Burada
Xəbər lenti
27-12-2025
BÜTÜN XƏBƏRLƏR

Xəbərdarlıq: Vətəndaşlarımıza mesaj vasitəsilə saxta çağırışlar edilir - ŞƏKİL

Tarix: 19-10-2020 20:13     Baxış: 3256 A- / A+
Xəbərdarlıq:  Vətəndaşlarımıza mesaj vasitəsilə saxta çağırışlar edilir - ŞƏKİL


Ermənistan təxribat xarakterli məlumatlar və dezinformasiya yaymaqda davam edir. Belə ki, bu dəfə saxta xarici nömrələrdən vətəndaşlarımıza mesaj göndərilərək onlara raket hücumu təhlükəsi olduğundan yaşadığı əraziləri tərk etmələri barədə saxta çağırışlar edilir.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti bildirir ki, məqsədi əhali arasında qorxu və təşviş yaratmaq olan bu məlumatlar həqiqəti əks etdirmir.

Vətəndaşlardan yalnız rəsmi mənbələrdən verilən məlumatlara etimad etmələri, tanımadığı xarici nömrələrdən gələn zəng və mesajlara cavab verməmələri, həmin nömrələri bloklamaları, mesajları spam olaraq şikayət etmələri xahiş olunur.

Həmçinin hər hansı kiberinsidentlə üzləşdiklərində və ya metodiki dəstəyə ehtiyacları olduqda www.cert.az saytı və ya reports@cert.az elektron poçt ünvanı vasitəsilə Elektron Təhlükəsizlik Xidmətinə müraciət etsinlər.

Eyni zamanda vətəndaşlardan xahiş edirik ki, baş verən kiberinsidentlərlə bağlı ekran görüntülərini (screenshot) və digər elektron sübutları saxlasınlar və Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinə göndərsinlər.

Xəbərdarlıq:  Vətəndaşlarımıza mesaj vasitəsilə saxta çağırışlar edilir - ŞƏKİL

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar