Sizin Reklam Burada
Xəbər lenti
18-09-2026
17-09-2026
BÜTÜN XƏBƏRLƏR

Ordumuzun əməliyyatlarına belə zərər veririk... – Hərbi ekspert

Tarix: 19-10-2020 12:21     Baxış: 3230 A- / A+
Ordumuzun əməliyyatlarına belə zərər veririk... – Hərbi ekspert


"Həqiqətə uyğun olmayan məlumatların sosial şəbəkələrdə yayılması sonradan insanlarda gərginlik yaradır”.

Bunu Qaynarinfo-ya açıqlamasında hərbi ekspertRamil Məmmədli sosial şəbəkədə əməliyyatların aparıldığı istiqamət və cari vəziyyətlə bağlı müxtəlif şəxsi fikirlərin paylaşılması və hadisələrin qabaqlanmasından danışarkən deyib. Onun sözlərinə görə, ümumiyyətlə, hərbi əməliyyatlar və döyüşlərlə bağlı vətəndaşlarımız tərəfindən əvvəlcədən məlumatların, fikirlərin sosial şəbəkələrdə yayılması ordunun əməliyyat aparmasında müəyyən neqativ hallar yaradır:

Ordumuzun əməliyyatlarına belə zərər veririk... – Hərbi ekspert


"Məsələn, yazırlar ki, "filan rayonu almışıq, filan yüksəkliklər, kəndlər bizdədir” və s.. Bu yolverilməzdir. Bunun səbəbləri var. Birinci səbəb odur ki, əgər ordu hər hansı bir istiqamətdə əməliyyat aparacaqsa, artıq yayılan informasiyalardan Ermənistan, düşmən istifadə edir, informasiya toplayır və həmin istiqamətdə müəyyən tədbirlər görür. Yaxud da informasiya həqiqətə uyğun deyilsə, artıq cəmiyyətdə bir gərginlik yaranır. Bəs deyirdilər ki, filan rayon alınıb, işğaldan azad olunub, niyə yalan məlumatlar yayırlar və s... Gərək həmin vətəndaşlar nəzərə alısın ki, 1991-92-ci illərdə işğal olunan ərazilər çətin keçilən yerlərdir. Bu ərazilərdə ordunun keçirdiyi əməliyyatlar mərhələli şəkildədir”.

Ramil Məmmədli hesab edir ki, proseslər Azərbaycan Ordusunun uğurlu əməliyyatları ilə davam edir:

"Vətəndaşlar sosial şəbəkələrdə belə statuslar yazmamışdan əvvəl düşünsünlər ki, onların informasiyaları ümumi işə mane olur. Bu baxımdan ən yaxşısı rəsmi məlumatları gözləməkdir”.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar