Sizin Reklam Burada
Xəbər lenti
05-08-2026
04-08-2026
BÜTÜN XƏBƏRLƏR

Abşeronda komendant saatı qaydalarını pozanlar saxlanılıb -ŞƏKİLLƏR

Tarix: 16-10-2020 06:08     Baxış: 226 A- / A+
Abşeronda komendant saatı qaydalarını pozanlar saxlanılıb

Sentyabrın 28-də saat 21:00-dan sonra Bakıda komendant saatı tətbiq edilib. Buna uyğun olaraq, paytaxt ərazisi ilə yanaşı Abşeron rayonu ərazisində polis əməkdaşları Daxili Qoşunların hərbi qulluqçuları ilə birgə postlarda xidmətə təhkim ediliblər.

Saat 06-00-a qədər xidmət aparan əməkdaşlar avtomobil və piyadalara nəzarət edir.

Avtomobillər saxlanılaraq sürücü və sərnişinlərin sənədi yoxlanılır. Bundan başqa, avtomobilin yük yerinə də baxış keçirilir. Qurulan postda müvafiq icazəsi olmayan sürücü və sərnişinlər aşkar edilib. Həmin hərəkət iştirakçıları Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Qeyd edək ki, Abşeron rayonu ərazisində bir neçə stasionar post qurulub.

Hazırda Bakı, Gəncə, Sumqayıt, Yevlax, Mingəçevir, Naftalan şəhərlərində, Abşeron, Cəbrayıl, Füzuli, Ağcabədi, Beyləqan, Ağdam, Bərdə, Tərtər, Goranboy, Göygöl, Daşkəsən, Gədəbəy, Tovuz, Şəmkir, Qazax və Ağstafa rayonlarında hərbi vəziyyət dövründə saat 21:00-dan saat 06:00-dək komendant saatı tətbiq edilib. Bu ərazilərdə şəxslərin xüsusi icazə və şəxsiyyətini təsdiq edən sənədləri olmadan küçələrdə və digər ictimai yerlərdə olmaları qadağan edilib, xüsusi giriş-çıxış rejimi tətbiq olunub, nəqliyyat vasitələrinin hərəkətinin məhdudlaşdırılması üçün tədbirlər görülüb. lent.az

Manevr.az

Abşeronda komendant saatı qaydalarını pozanlar saxlanılıb
Abşeronda komendant saatı qaydalarını pozanlar saxlanılıb
Abşeronda komendant saatı qaydalarını pozanlar saxlanılıb

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar