Xəbər lenti
“Qırıcı” quşun sürət rekordu alimləri heyrətləndirib - ŞƏKİL

Alyaskadan Yeni Zelandiyaya 11 gün ərzində 7500 mil (12070,08 km) məsafə qət edən oxcüllüt quşu dayanmadan uçuş üzrə dünya rekordunu qırıb. Elm adamlarının “qırıcı-quş” adını verdikləri lələkli bütün bu müddət ərzində hətta yemək və içmək üçün yerə enməyib.
Bu barədə “The Guardian” xəbər yayıb.
Bildirilir ki, alimlər quşun bədəninə yapışdırdıqları sensordan istifadə edərək quşun qeyri-adi səyahətini izləyə biliblər.
Layihə müəllifi Dr. Cessi Konklin oxcüllütü reaktiv qırıcı təyyarə ilə müqayisə edib.
“Bu quşun hətta görünüşü də qırıcı kimi görünür: uzun, sivri qanadlar və sürüşkən (hərəkət zamanı hava müqavimətini azaldacaq) forma. Bu, quşa çox aerodinamik potensial verir”, - deyə Konklin vurğulayıb.
Alimlər quşun marşrutunu xüsusi xəritədə qeyd ediblər. Quş sentyabrın 16-sında Alyaskadan çıxıb və sentyabrın 27-sində Yeni Zelandiyada enib.



Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar