Xəbər lenti
Həyat yoldaşı cəbhədə olan məşhur aparıcı hönkür-hönkür AĞLADI
Tanınmış aparıcı Yelena Sidorenko Xəzər Tv-də yayımlanan "Vaxtı gəldi" verilişində qonaq olub.
Manevr.az big.az-a istinadən xəbər verir ki, Yelena veriliş zamanı həyat yoldaşının cəbhəyə getməsindən danışıb. O, həyat yoldaşını yola salarkən keçirdiyi hisslərdən danışanda hönkür-hönkür ağlayıb:
"Yola salanda düşünmürsən necə yola saldığını. Söz vermişdim ki, ağlamayacam. Bir neçə həftədir ki, istənilən hərbi formada insan görəndə mən rahat ola bilmirəm. Ona görə yox ki, mənim yoldaşım ordadır. Ona görə ki, hamının oğlu, atası, qardaşı ordadır. Ona görə yox ki, biz onlardan ötrü qorxuruq. Allah onları özü qoruyur. Mən ona əminəm. Əgər Allah kiməsə o imkanı verirsə ki, o, şəhid olur ondan gözəl nə ola bilər ki?!
Lakin insani hisslərimiz var ki, çətindir. Darıxırıq...Mənim bir yaş səkkiz aylıq qızım var. O, hər gün soruşur ata hardadır? Ata nniyə məni qucağına almır? Atası da hər gün zəng vuranda sorusur qızım neynir? Necədi? Mən bilirəm ki, onlar da bizdən narahatdır. Ona görə mən onla danışanda narahat olduğumu, darıxdığımı bildirmirəm. Neçənci efirdi ki, çalışıram özümü saxlayım. Çünki o, gəlib bu efirlərə baxacaq. Bəli, biz güclüyük. Onlar torpaqlarımızı almamış gəlməyəcək. İnşallah ki, hamsı sağ-salamat qayıdacaqlar. Hər gün səhər ona bir mesaj yazıram ki, salamat çıxdığına görə mənə bir mesaj yaz. O mesajı alanda dünyanın xoşbəxti oluram. Burdan bütün yaxını cəbhədə olanlara demək istəyirəm ki, necə ki, mən qorxmuram, necə ki, mən fəxr edirəm yoldaşımla eynilə sizin atalarınızla, oğlunuzla fəxr edirəm".
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar