Xəbər lenti
TƏBİB rəsmisi: “Karantin rejimi yenidən sərtləşdirilə bilər”
"Vəziyyət belə davam edərsə, karantin rejimi təkrar sərtləşdirilə bilər”.
Manevr.az xəbər verir ki, bunu qaynarinfo-ya açıqlamasında TƏBİB-in infeksion xəstəliklər üzrə işçi qrupunun rəhbəri infeksionist Vasif Əliyev Azərbaycanda bu gün koronavirus infeksiyasına 369 yoluxma faktından danışarkən deyib. TƏBİB rəsmisi artıq bir nəfərin asanlıqla 10 nəfəri yoluxdura bilməsinin mükünlüyünü dilə gətirib:
"Daha çox yoluxma hallarının olması qaçılmazdır. Yoluxmanın belə kəskin artması ondan xəbər verir ki, hələ bizi qarşıda cətin vəziyyət gözləyir. Yay aylarında yaşadığımız çətin günləri təkrar yaşaya bilərik. Karantin rejiminə qayıtmağımızla bağlı qərar vermək mənim səlahiyyətimdə deyil. Gedişiat onu deməyə əsas verir ki, vəziyyət belə davam edərsə, karantin rejimi təkrar sərtləşdirilə bilər. Əks halda bunun qarşısını almaq qeyri-mümkündür”.
Vasif Əliyev qeyd edib ki, bu günlər savaş dönəmini yaşadığımızdan insanlar daha çox cəbhə xəbərlərinə köklənib:
"Koranavirus ona görə aktuallığını itirdi ki, insanlar daha çox cəbhə xəbərlərinə kökləndi. Təbii ki, biz hamımız qələbə xəbərləri gözləyirik. Amma bu dönəmdə koronavirus öz aktuallığını itirdi, bir az ciddiyə alınmamağa başlanıldı. Buna görə də insanlar bəzi qaydalara əməl etməməyə başladılar. Bundan əlavə, orduya gedən insanların yola salınma, hərbi komissarlıq qarşısında növbələr, şəhidlərin dəfn mərasimləri və insanların maskadan istifadə etməməsi, sıx təmaslar, ara məsafələrinin gözlənilməməsi virusun çoxalmasına səbəb oldu”.
Təbib rəsmisi bildirib ki, qaydalara ciddi riayət edilməli və dövlət tərəfindən də buna nəzarət olunmalıdır:
"Əgər yoluxma sayı beləcə artmaqda davam edərsə, karantin rejimi yenidən sərtləşdirilə bilər. Unutmaq olmaz ki, arxada da bir düşmən var. Bu düşmən təkcə arxa deyil, eyni zamanda ön cəbhədəkilərə də mənfi təsir göstərir”.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar