Xəbər lenti
Tehranın Bakıya dəstəyi niyə çoxaldı? – Şərh

Ermənistan silahlı qüvvələrinin Gəncəyə raket zərbələri endirməsi, humanitar atəşkəsə əməl etməməsi rəsmi Tehranın da mövqeyinə təsir edib. Azərbaycanın dinc əhalisinə qarşı məqsədli surətdə edilən bu hücuma heç bir müsəlman ölkəsi səssiz qalmamalıdır.
Manevr.az xəbər verir ki, bu sözləri axar.az-a politoloq İlqar Vəlizadə son günlər İran İslam Respublikasının Azərbaycana artan dəstəyi haqda danışarkən deyib.
O bildirib ki, hadisələrin bu cür inkişaf edəcəyi bəlli idi:
“Ermənistanla Azərbaycan arasında hazırkı müharibə uzandıqca qonşu ölkələr, xüsusilə də İranda ictimai rəy öz sözünü deməyə başladı. Yəni bu, birmənalı yanaşmadır. Bildiyiniz kimi, İran cəmiyyəti özlüyündə rəngarəngdir. İranda yaşayan azərbaycanlılar bu gün birmənalı olaraq Azərbaycanı dəstəkləyir. Lakin təkcə İran azərbaycanlıları deyil, İranda yaşayan əksər xalqlar mövcud vəziyyəti görür və düzgün qiymətləndirir. Məsələ ondadır ki, bu gün Ermənistan silahlı qüvvələri humanitar atəşkəsi kobudca pozaraq Gəncəyə və digər yaşayış məskənlərimizə raket zərbələri endirir. Ermənistanın bu cür aqressiv və terrorçu addımı, vətəndaşlarımızın həlak olması islam cəmiyyətlərində etiraz doğurmaya bilməzdi.
Bu gün İranda hamı başa düşür ki, parlament nümayəndələri, digər rəsmilər, eyni zamanda Azərbaycan vilayət rəhbərləri ölkəmizə dəstəyini nümayiş etdirir. Bu və bu kimi bütün məsələlər İran rəhbərliyi üçün də önəmlidir və düşünürəm, buna görə də Tehran Bakıya dəstəyini açıq şəkildə ifadə edir”.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar