Xəbər lenti
Düşmənin atdığı 722 ədəd bombacıq, top mərmisi və raket zərərsizləşdirildi
Oktyabrın 13-də Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Dövlət Sərhəd Xidmətindən bir müraciət daxil olub.
Bununla bağlı ANAMA məlumat yayıb.
Bildirilib ki, daxil olmuş 11 çağırış əsasında Agentliyin xüsusi mobil çevik əməliyyat qrupları tərəfindən Ağdam rayonunun Alıbəyli kəndi, Ağcabədi rayonunun Rəncbərlər kəndi və E.Sadıqov küçəsi, Bərdə rayonunun Hacılar, Füzuli rayonunun Horadiz şəhəri, Oğuz rayonunun Xaçmaz kəndi, Tərtər rayonunun Borsunlu, Seydimli kəndləri və Gəncə şəhəri ərazisində Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birlikdə 10 operativ və təxirəsalınmaz əməliyyat çıxışı həyata keçirilib.
Aparılmış əməliyyat-axtarış tədbirləri zamanı 12 ədəd partlamış mərmi qalıqları aşkar olunub.
Agentliyin partlayış qrupu tərəfindən 722 ədəd (9N235) bombacıq, 1 ədəd 152 mm-lik top mərmisi (OF-29), 1 ədəd tərkibində 72 ədəd 9N235 bombacığı olan 9M525 raketi və 1 ədəd dronunun partladıcısı partlayış yolu ilə mərkəzi məhvetmə ərazisində zərərsizləşdirilib, Mina Təhlükəsinə dair Maarifləndirmə üzrə mütəxəsisslər tərəfindən 1 805 nəfər mülkü şəxs arasında mina təhlükəsizliyinə dair maarifləndirmə təbliğatı aparılıb.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar