Xəbər lenti
Bu gün dəmiryolu işçilərinin peşə bayramı günüdür
Bu gün Azərbaycan dəmiryolu işçilərinin peşə bayramı günüdür.
Manevr.az bildirir ki, respublikamızda hər il 13 oktyabr dəmir yolu nəqliyyatının bütün işçilərinin peşə bayramı kimi qeyd olunur.
Qeyd edək ki, Dəmiryolu işçilərinin peşə bayramı Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2005-ci ildən qeyd olunur. 13 oktyabr tarixinin bayram günü seçilməsinin izahı Sərəncamda bu günün "Müstəqil Azərbaycan dəmir yolunun təşkilatı günü" olduğuna görə verilir.
"Azərbaycan dəmiryolu işçilərinin peşə bayramı günü"də artıq ənənəvi olaraq, dövlət rəhbərliyi dəmir yolu işçilərini peşə bayramı münasibətilə təbrik edir, ən çox fərqlənmiş dəmiryolçular isə dövlət mükafatları, xatirə hədiyyələri, pul mükafatları və təşəkkürlərlə təltif olunur.
Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 20 iyul tarixli Sərəncamı ilə "Azərbaycan Dəmir Yolları" QSC yaradıldı və o, tam olaraq dvlət mülkiyyəti hesab edilməyə başlandı, nizamnamə 2010-cu il fevralın 15-də Azərbaycan Nazirlər Kabineti tərəfindən təsdiqləndi.
Xatırladaq ki, 1880-ci ildə Bakı–Sabunçu-Suraxanı xəttinin istifadəyə verilməsi ilə Azərbaycanda dəmir yolu nəqliyyatının əsası qoyulub.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar