Sizin Reklam Burada
Xəbər lenti
27-12-2025
BÜTÜN XƏBƏRLƏR

Ermənistanın növbəti hədəfi “OBA” oldu

Tarix: 13-10-2020 11:54     Baxış: 3226 A- / A+
Ermənistanın növbəti hədəfi “OBA” oldu


Veysəloğlu Şirkətlər Qrupuna daxil olan "OBA” Marketlər Şəbəkəsi Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində yerləşən "OBA” marketin Ermənistan silahlı qüvvələrinin hücumuna məruz qaldığını bildirib.

Manevr.az
xəbər verir ki, daim işğalçılıq siyasəti yürüdən Ermənistan öz çirkin və qeyri-insani əməllərindən yenə də çəkinmir. Belə ki, düşmən Cəbrayıl rayonunun mülki əhali yaşayan Cocuq Mərcanlı kəndini ağır artrilleriyadan atəşə tutub. 11 oktyabr tarixində Cocuq Mərcanlı kəndinə olan hücumlar zamanı düşmən zərbələrindən biri də Cocuq Mərcanlı kəndində yerləşən "OBA” marketə tuş gəlib. Nəticədə mağaza tamamilə yararsız hala düşüb. Xoşbəxtlikdən hadisə zamanı marketin fəaliyyəti müvəqqəti dayandırıldığı üçün xəsarət alan olmayıb.

Hazırda 800-dən çox marketi olan "OBA” Marketlər Şəbəkəsi isə məsələyə münasibət bildirərək, hər bir qarış torpağımızın işğaldan azad edilməsi və Cocuq Mərcanlı da daxil olmaqla, bütün torpaqlarımızda yeni "OBA” marketlərinin açılışının həyata keçirtməyi səbirsizlə gözlədiklərini bilidiriblər.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar