Xəbər lenti
DİQQƏT! Azərbaycan banklarının adından saxta məktublar göndərilir - ŞƏKİL
Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (NRYTN) yanında Elektron Təhlükəsizlik Xidməti Ermənistan tərəfindən Azərbaycan banklarının adından e-poçtlar vasitəsilə saxta məktublar göndərildiyini qeydə alıb.
NRYTN-dən verilən məlumata görə, məktublarda qeyd olunur ki, guya əsas serverlər erməni hakerlər tərəfindən hücuma məruz qaldığından məktublar “proxy” serverlər üzərindən göndərilir. Müraciətdə o da qeyd olunur ki, guya kiber hücumlarla bağlı Azərbaycan Respublikası Maliyyə Nazirliyi və Mərkəzi Bank vətəndaşları bank hesablarından vəsaitlərini çıxarmağa çağırır.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti vətəndaşlara bildirir ki, bu məlumatlar həqiqəti əks etdirmir və təxribatdır. Düşmənin məqsədi dezinformasiya yaymaqla əhali arasında qorxu və təşviş yaratmaqdır.
Vətəndaşlardan bir daha xahiş olunur ki, tanımadıqları şəxslərdən gələn məlumatlara etimad etməsinlər və öncə məlumatların düzgünlüyünü rəsmi mənbələrdən yoxlasınlar.
Həmçinin vətəndaşlar hər hansı kiberinsidentlə üzləşdiklərində və ya metodiki dəstəyə ehtiyacları olduqda www.cert.az saytı və ya reports@cert.az e-poçtu vasitəsilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinə müraciət etsinlər. Baş verən kiberinsidentlərlə bağlı ekran görüntülərini (screenshot) və digər elektron sübutları saxlasınlar və bizə göndərsinlər.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar