Sizin Reklam Burada
Xəbər lenti
27-12-2025
BÜTÜN XƏBƏRLƏR

Rus İcması erməni terroru ilə bağlı bəyanat yaydı

Tarix: 11-10-2020 18:17     Baxış: 5217 A- / A+
Rus İcması erməni terroru ilə bağlı bəyanat yaydı


Ermənistanın mülki əhalini atəşə tutması ilə bağlı Gəncə və Qərb bölgəsi üzrə Rus İcması bəyanat yayıb.

Manevr.az
xəbər verir ki, bəyanatda deyilir:

“Biz – Gəncə və Qərb bölgəsi üzrə Rus İcması olaraq bəyan edirik ki, işğalçı Ermənistan beynəlxalq humanitar hüququn norma və prinsiplərinin, Cenevrə Konvensiyalarının, o cümlədən Müharibə zamanı mülki əhalinin müdafiəsi haqqında 1949-cu il 12 avqust tarixli Konvensiyanın, habelə BMT-nin Uşaq Hüquqları Konvensiyasının və insan hüquqları sahəsində digər sənədlərin müvafiq müddəalarını kobud şəkildə pozmağa davam edir. Belə ki, Azərbaycanın bir sıra şəhər və rayonları ilə yanaşı, son iki gündür ki, döyüş bölgəsi olmayan Gəncə şəhəri də Ermənistan tərəfindən ağır artilleriya atəşinə tutulur. Biz - ərazidə yaşayan etnik rus əhalisi Ermənistan tərəfinin mülki əhalini hədəf seçməsindən narahatıq, Ermənistan rəhbərliyinin təcavüzkar hərəkətlərini qətiyyətlə pisləyir, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesi ilə bağlı mövqeyini və fəaliyyətini tam dəstəkləyirik.

İmzaladılar:

Valeriy Kozin

İrina Kalaşnikova

Dmitriy Kozin

Tatyana Orlinskaya

İqor Zubkov

Olga Nabiyeva

Dmitriy Kiriçenko

Tatyana Korotıgina”.

Qeyd edək ki, Gəncə və Qərb bölgəsində ümumilikdə 15 000-ə yaxın rus yaşayır

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar