Xəbər lenti
Dövlət qurumundan PUA-larla bağlı vətəndaşlara müraciət

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyi pilotsuz uçan aparatların (PUA) istifadəsi ilə bağlı vətəndaşlara müraciət edib.
Manevr.az-ın məlumatına görə, müraciətdə 2020-ci il sentyabrın 27-də Ermənistan Respublikasının silahlı qüvvələri beynəlxalq hüquq normalarını yenidən kobud surətdə pozaraq, Azərbaycan Respublikasının yaşayış məntəqələrini və hərbi mövqelərini atəşə tutduğu qeyd edilir:
“Bu hücumların qarşısının alınması məqsədilə Azərbaycan Ordusu əks-hücum əməliyyatlarına başlayıb və qarşısında duran vəzifələri uğurla yerinə yetirilir.
Təhlükəsizlik tədbirlərinin gücləndirilməsi məqsədilə Azərbaycan Respublikasının ərazisində Hərbi vəziyyət elan edilməsini, habelə hazırkı şəraitdə dövlət mənafelərini rəhbər tutaraq mülki pilotsuz uçan aparatların (PUA) istismarçılarından, eləcə də hər hansı bu cür aparatların sahiblərindən aşağıdakı tələblərin yerinə yetirilməsini xahiş edirik:
• Hava məkanında təhlükəsizlik tədbirlərinin yerinə yetirilməsi məqsədilə respublikamızın vətəndaşları, habelə xarici dövlətlərin fiziki və hüquqi şəxsləri Azərbaycan Respublikasının bütün ərazisində onlara məxsus hər hansı PUA-lardan istifadə edilməsini müvəqqəti olaraq dayandırsınlar;
• Hər hansı PUA-lardan istifadə olunmasını müşahidə etdikdə vətəndaşlar dərhal Hava Hərəkətini İdarə Etmə Baş Mərkəzinin +994 12 497-16-73 telefon nömrəsinə zəng vuraraq rejiminin pozulması haqqında məlumat versinlər.
Vətəndaşlarımızdan mövcud hərbi vəziyyət dövründə PUA-lardan istifadənin Azərbaycan Respublikasının Milli Ordusu tərəfindən aparılan uğurlu əməliyyatlara müəyyən maneələr törədə bilməsini nəzərə almağı və bu tələblərə qeyd-şərtsiz riayət etməyi xahiş edirik”.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar