Sizin Reklam Burada
Xəbər lenti
23-04-2024
22-04-2024
BÜTÜN XƏBƏRLƏR

“Türk Qızılayı”ndan Azərbaycana yardım karvanı yola düşdü - ŞƏKİL

Tarix: 09-10-2020 18:12     Baxış: 3134 A- / A+
“Türk Qızılayı”ndan Azərbaycana yardım karvanı yola düşdü - ŞƏKİL


Təcili humanitar yardım materiallarını Azərbaycana gətirən Türk Qızıl Aypara karvanı Dağlıq Qarabağ bölgəsindəki münaqişədən təsirlənən bölgə xalqına çatdırmaq üçün yola çıxıb.

Manevr.az
xəbər verir ki, Türk Qızılayı Etimesgut şəhərciyində 4 yük maşınından ibarət konvoyun yola salınma mərasimi təşkil edilib.

Prosesi Azərbaycan Qızıl Aypara Cəmiyyəti ilə çox yaxından izlədiklərini söyləyən Türkiyə Qızıl Aypara Cəmiyyətinin prezidenti Kərəm Kınık deyib:

"Biz iki fərqli cəmiyyətik, lakin vahid milli Qızıl Aypara kimi fəaliyyət göstəririk. Həmişə bu mənada əlimizdə nə varsa, onlarla bölüşməyə hazır olduğumuzu bildirmişik. Hazırda Azərbaycan Qızıl Aypara Cəmiyyətinin tələbləri istiqamətində 6 nəfərin yerləşə biləcəyi 16 kvadratmetrlik 250 ədəd 16 kvadratmetrlik 6 nəfərin yata biləcəyi çadır, 3 min yorğan, 500 yataq, 288 mətbəx dəsti, təqribən 1,2 milyon lirəlik humanitar yardım təchizatını 3 nəfər fövqəladə vəziyyət mütəxəssisimizin müşayiəti ilə 4 TIR-la yola salacağıq.

Keçən ilin sonunda Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti ilə Dağlıq Qarabağ bölgəsinə etdiyimiz səfərlər zamanı bölgədəki ehtiyacları müəyyənləşdirdik. Bölgədəki gərginlik onsuz da yüksək idi və buna hazırlaşdıq. Türk Qızıl Ayparası olaraq o bölgədəki hər cür böhran və insani ehtiyaclarda onlarla birlikdə idik, indi də yanlarındayıq".

“Türk Qızılayı”ndan Azərbaycana yardım karvanı yola düşdü - ŞƏKİL

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar