Sizin Reklam Burada
Xəbər lenti
13-10-2025
12-10-2025
BÜTÜN XƏBƏRLƏR

Rabitə Nazirliyindən "Mail.ru"dan istifadə edənlərə xəbərdarlıq

Tarix: 09-10-2020 12:24     Baxış: 4180 A- / A+
Rabitə Nazirliyindən "Mail.ru"dan istifadə edənlərə xəbərdarlıq

Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (NRYTN) yanında Elektron Təhlükəsizlik Xidməti Ermənistan tərəfindən "Mail.ru” elektron poçt xidmətinin azərbaycanlı istifadəçilərinə qarşı kütləvi fişinq kampaniyalarının həyata keçirildiyini qeydə alıb.

Nazirlikdən verilən məlumata görə, Xidmət tərəfindən aparılan araşdırmalar göstərir ki, bu fişinq hücumlarının məqsədi həm dezinformasiya yaymaqla əhali arasında qorxu və təşviş yaratmaq, həm də istifadəçilərin cihazlarını zərərverici ilə yoluxdurmaqdır.

Saxta e-poçtlardan birində guya Azərbaycan Müdafiə Nazirliyi tərəfindən döyüşdə həlak olanların siyahısının açıqlandığı bildirilir və həmin faylı yükləmək üçün keçidə daxil olunması istənilir. Həmin faylın içərisində isə zərərverici proqramlar yerləşdirilir və keçidə daxil olub məlumatları yükləyən istifadəçinin cihazı yoluxur. Digər bir e-poçtda cəbhəyanı bölgələrlə bağlı mövcud vəziyyətə uyğun olmayan və reallığı əks etdirməyən saxta məlumatlar yer alır.

Həmçinin müxtəlif sosial şəbəkələrdə saxta hesablardan azərbaycanlı istifadəçilərə yazaraq Azərbaycandakı mövcud vəziyyətlə bağlı məlumat toplamağa çalışırlar.

Elektron Təhlükəsizlik Xidməti "Mail.ru” e-poçt xidmətinin istifadəçilərinə xüsusilə ayıq davranmağı, tanımadığı şəxslər tərəfindən göndərilən heç bir keçidə (linkə) daxil olmamağı və ya hər hansı faylı yükləməməyi tövsiyə edir.

İstifadəçilər hər hansı kiberinsidentlə üzləşdiyi və ya metodiki dəstəyə ehtiyacı olduğu halda www.cert.az saytı və ya reports@cert.az elektron poçt ünvanı vasitəsilə Elektron Təhlükəsizlik Xidmətinə müraciət edə bilər.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar