Sizin Reklam Burada
Xəbər lenti
29-11-2024
28-11-2024
BÜTÜN XƏBƏRLƏR

Orduya çağırılan şəxsin kredit öhdəliyi dondurulur? - VİDEO

Tarix: 06-10-2020 14:52     Baxış: 3153 A- / A+
Orduya çağırılan şəxsin kredit öhdəliyi dondurulur? - VİDEO

[Qismən səfərbər olunan insanlar arxalarındakı qayğılarını qoyub cəbhəyə yollanırlar. Vətəni, torpağı müdafiə etməyə, işğal altında olan rayonlarımızı azad etməyə. Qayğıları əbəs yerə qeyd eləmədik. Çoxlarının bank borcu, krediti var. Düzdür, bəzi elektronika mağazaları borcların uzadılması barədə müştərilərə mesajlar göndərib. Amma hələlik banklardan bu təşəbbüsü görmürük. Bəs qanun nə deyir? Səfərbərliyə çağırılan şəxsin bank borcu necə ödənilməlidir?

Manevr.az bildirir ki, "ARB Xəbər" mövzu ilə bağlı araşdırma edib.

Əslində, orduya çağırılan şəxslərdən əmək müqaviləsilə çalışanların iş yeri və əmək haqqısı olduğu kimi saxlanılır. Bunu qanun tələb edir. Əmək müqaviləsi olmayanları da hansısa işəgötürənin işdən kənarlaşdırılacağı, yaxud maaşını verməyəcəyi, hər kəsin birlik nümayiş etdirdiyi belə bir məqamda inandırıcı görünmür. Buna baxmayaraq hansısa formada işini itirənlər də, yəqin ki, var. Belə olduqda isə bank öhdəliyi olan şəxslər üçün qayğı yaranmış olur. Bəs qanunvericilik bu vəziyyətə necə yanaşır? Ekspertlər deyir ki, bu hal qanunla nəzərdə tutulmayıb. Bu səbəbdən həmin insanların kredit öhdəlikləri ilə bağlı müəyyən bir mexanizm hazırlanmalı və müştəri ilə kredit verən arasında bağlanan müqavilələrdə dəyişiklik edilməlidir.

Rəşad Həsənov - İqtisadçı: "Kommersiya bankları koorporativ sosial məsuliyyət çərçivəsində ümumilli bir problem kimi yanaşmalıdırlar və həmin şəxslərin kreditləri ilə bağlı əllərindən gələn köməyi etməlidirlər. Hər bir kommersiya bankı bununla bağlı həmrəylik nümayiş etdirərək faktiki olaraq öz dəstəyini təklif edə bilər".

Ekspertin sözlərinə görə, problemin kökündən həlli üçün dövlət qurumları da aidiyyəti qərarlar qəbul edə bilər.

Rəşad Həsənov - İqtisadçı ekspert: "Məsələn, Mərkəzi Bank tərəfindən kommersiya banklarına güzəştli şərtlərlə mərkəzləşdirilmiş kreditlər verilə bilər".

Söz yox, bu təkliflərlə vəziyyəti müəyyən qədər tənzimləmək olar. Amma ekspertlərin irəli sürdüyü digər bir təklif cəmiyyətin özünün bir fond yaratmasıdır. İctimai qurumların da nəzarəti altında toplanmış məbləğ sayəsində həmin borclar bağlana, yaxud müəyyən qismi ödənilə bilər.

Sahib Məmmədov - Hüquqşünas: "Bəziləri işləyir, iş yerində əmək haqqısı qalır. Amma işləməyənlər qeyri-formal əmək bazarında işləyirdi, günəmuzd işləyirdi qazanc əldə edirdi, bu qazanc rəsmi deyildi. Bunlarla bağlı açıq qalan məsələlər var. Mən hesab edirəm ki, bununla bağlı hərbi vəziyyət dövrü üçün xüsusi qanun qəbul edilməlidir. Sırf bu şəxslərin, onların ailəsinin sosial təminatını təmin etmək üçün".

Mərkəzi Bank və kommersiya təşkilatlarının, eləcə də digər aidiyyəti qurumların hazırda davam edən vəziyyəti nəzərə alaraq müəyyən addımlar atacağına inanırıq. Çünki vətəni qorumağa yollanan əsgər əlavə qayğı barədə düşünməməlidi.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar