Sizin Reklam Burada
Xəbər lenti
25-08-2025
BÜTÜN XƏBƏRLƏR

"Orduya kənardan qida, siqaret, su verilməməlidir” – Hərbi ekspert

Tarix: 03-10-2020 14:47     Baxış: 4254 A- / A+
"Orduya kənardan qida, siqaret, su verilməməlidir” – Hərbi ekspert


Manevr.az
xəbər verir ki, bunu qaynarinfo-ya açıqlamasında hərbi ekspert Azad İsazadə orduya edilən fərdi dəstəkdən danışarkən deyib. Azad İsazadə Müdafiə Nazirliyinin mövqeyi ilə tam razı olduğunu deyib:

"Birincisi, özəl klinikalarda da müalicə olunan xəstələrə kənardan nəsə gətirilməsinə icazə yoxdur. Eləcə də dövlət kilinikaları da buna icazə vermir. Çünki onların arasında xarab olmuş qidalar ola bilər. Bu zaman məsuliyyət klinikanın üzərinə düşür. Orduda da bu, sözsüz ki, daha ciddi məqamdır. Düşmən də nəsə göndərə, zəhərləyə bilər. Ona görə də tam razıyam ki, orduya kənardan qida, siqaret, su verilməsin. Kim istəyirsə, Yardım Fondu var, ora pul köçürsün. Ya da anbarlara yardım etmək olar. Anbarlarda məhsullar yoxlanılır və harada daha çox ehtiyac varsa, ora aparılır".

Azad İsazadə qeyd edib ki, ordu tam olaraq dövlət büdcəsindən maliyyələşir:


"Hər hansı ehtiyac yoxdur. İnsanları başa düşürəm, cəbhəyə gedə, silah götürə bilmirlər, ürəkləri yanır, bunun müqabilində hansısa formada əsgərlərə yardım eləmək istəyirlər. Amma onlar başa düşməlidir ki, bunun ziyan da da ola bilər. "Qaş düzəldən yerdə gözü də çıxara bilərlər" məsəli kimi. Yardım Fondu var, ən yaxşısı ora pul köçürsünlər. Bundan əlavə, şəhid olmuş ailələrə kömək eləsinlər. Yaralılarımız da var, onların ailələrinə dəstək versinlər. Kimsə fərdi kömək etmək istəyirsə, qonşuluğunda, qohumlarında, yaxud da cəbhədə olan tanıdığı birinin ailəsinin ehtiyacını qarşılasın. Bunun özü də yardımdır. Formalar çoxdur, mütləq deyil ki, hamımız cəbhə bölgəsinə qaçıb bir-bir əsgərləri yedizdirək".

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar