Sizin Reklam Burada
Xəbər lenti
13-10-2025
12-10-2025
BÜTÜN XƏBƏRLƏR

Ərdoğan:"Atəşkəs tələbləri qəbuledilməzdir"

Tarix: 01-10-2020 20:19     Baxış: 4225 A- / A+
Ərdoğan:"Atəşkəs tələbləri qəbuledilməzdir"

"Bir daha bildirirəm ki, işğal altında olan torpaqlarını azad etməkdə azərbaycanlı qardaşlarımızın yanındayıq. Xüsusilə Minsk üçlüyü adlandırılan ABŞ, Fransa və Rusiya 30 ildir bu problemə laqeyd yanaşırlar. Bu səbəbdən atəşkəs tələbləri qəbuledilməzdir".

Bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. O bildirib ki, işğalçılar əvvəlcə bu torpaqları tərk etməlidirlər:

"Azərbaycanlı qardaşlarımız indi torpaqlarına qayıdacaqları günün həsrətindədirlər. Tramp, Putin və Makronla görüşdük, amma nəticə olmadı. Azərbaycanlı qardaşlarımız indi torpaqlarına qayıdacaqları günü gözləyirlər.

Əvvəlcə bu barədə danışaq, həmişə oturub danışırdılar, amma nəticə yoxdur. İndi bir nəticə əldə etməyin vaxtı gəldi. Qardaşlarımız artıq öz göbəyini özləri kəsir.

Bu bölgədə davamlı sülhün yolu Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərinin hər qarışından geri çəkilməsindən keçir.

Bu ölkələrdən bəziləri həqiqəti söylədiyimiz üçün bizi hədəf alır. Unudulmamalıdır ki, bəhs edilən ölkələr dünən yox idi, sabah olmayacaq, amma Allahın izni ilə biz, bu torpaqlarda olmağa davam edəcəyik.

Türkiyədə iki dövlət, bir millət kimi gördüyümüz azərbaycanlı qardaşlarımıza hər cür dəstəyi verməyə davam edəcəkdir. Ermənistanı hər şeyi bir kənara atıb Türkiyəyə böhtan atmaq da xilas etməyəcək. Rəbbim azərbaycanlı qardaşlarımızın yar və yardımçısı olsun" baku.ws

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar