Sizin Reklam Burada
Xəbər lenti
23-04-2024
22-04-2024
BÜTÜN XƏBƏRLƏR

Əli Xameneinin nümayəndələri: “Dağlıq Qarabağ Azərbaycana məxsusdur”

Tarix: 01-10-2020 20:10     Baxış: 3158 A- / A+
Əli Xameneinin nümayəndələri:

İranın Ali Dini lideri Əli Xameneinin Şərqi və Qərbi Azərbaycan, Ərdəbil və Zəncan vilayətlərindəki nümayəndələri birgə bəyanatla çıxış edərək Dağlıq Qarabağın Azərbaycana məxsus olduğunu bəyan ediblər.

“Euronews” telekanalının verdiyi məlumata görə, bəyanatda deyilir ki, Azərbaycan hökuməti torpaqlarını geri qaytarmaq üçün qanuni fəaliyyət göstərir.

Əli Xameneinin nümayəndələri vurğulayıblar ki, İran Dağlıq Qarabağın Ermənistan tərəfindən işğal edilərkən hər zaman Azərbaycan Respublikasına kömək edib.

Bəyanatda həmçinin bildirilir ki, hazırda Naxçıvana gedən yeganə quru yolu İran ərazisindən keçir və İslam Respublikası bu yolu Azərbaycanın ixtiyarına verib.

Bəyanatda Ermənistanla son qarşıdurmanın qurbanları Azərbaycan xalqının şəhidləri olduğu vurğulanır.

Əli Xameneinin dörd vilayəti üzrə nümayəndəsi ümid edir ki, Qarabağ müharibəsi Azərbaycanın qanuni hüquqlarının reallaşması ilə ən qısa müddətdə sona çatacaq.

Qeyd edək ki, Azərbaycan-Ermənistan münaqişəsi dövründə İran hakimiyyəti ilk dəfədir tərəflərdən birini açıq şəkildə dəstəkləyir. oxu.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar