Sizin Reklam Burada
Xəbər lenti
13-10-2025
12-10-2025
BÜTÜN XƏBƏRLƏR

Moldova portalı Mehriban Əliyevanın Ermənistanın hərbi təxribatı ilə bağlı fikirlərini dərc edib

Tarix: 30-09-2020 22:21     Baxış: 6220 A- / A+
Moldova portalı Mehriban Əliyevanın Ermənistanın hərbi təxribatı ilə bağlı fikirlərini dərc edib

Moldovanın nüfuzlu "timpul.md" portalında Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın Ermənistanın növbəti silahlı təxribatına dair sosial şəbəkə səhifələrində paylaşımı dərc edilib.

Manevr.az AZƏRTAC-a istinadən xəbər verir ki, "Mehriban Əliyeva: Azərbaycan dövləti heç vaxt başqasının torpaqlarına iddialı olmayıb, o, doğma torpağını qoruyur və onun uğrunda döyüşür!" sərlövhəli məqalədə Birinci vitse-prezidentinin fikirlərinə geniş yer verilib.

Məqalədə birinci xanımın paylaşımındakı aşağıdakı fikirlər də sitat gətirilib: "Ermənistanın növbəti silahlı təxribatına cavab verildi! Azərbaycan Ordusu öz Vətənini müdafiə edərək uğurlu əks-hücum əməliyyatı keçirir və Azərbaycanın işğal altında olan ərazilərini azad edir. Azərbaycan dövlətinə və xalqına dəstək olaraq öz prinsipial və ədalətli mövqeyini nümayiş etdirən bütün insanlara, təşkilatlara və dövlətlərə dərin təşəkkürümü bildirirəm. İlk növbədə, qardaş Türkiyə xalqına və şəxsən Prezident Rəcəb Tayyib Ərdoğana minnətdaram. Onların həmrəyliyi və mənəvi dəstəyi bu gün hər bir azərbaycanlıya qürur hissi yaşadır.

Azərbaycanın bütün əsgərlərinin, zabitlərinin həyatı və sağlamlığı üçün dua edirəm!

Bu gün biz azərbaycanlılar niyyətimizlə, hərəkət və dualarımızla misli görülməmiş birlik göstəririk. Ulu Tanrı Azərbaycan xalqına onun müqəddəs mübarizəsində yar olsun!".

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar