Sizin Reklam Burada
Xəbər lenti
13-10-2025
12-10-2025
BÜTÜN XƏBƏRLƏR

Şəhid generalımızın anasından əsgərlərimizə MÜRACİƏT: Poladımın ən böyük arzusu...

Tarix: 29-09-2020 14:32     Baxış: 2231 A- / A+
Şəhid generalımızın anasından əsgərlərimizə MÜRACİƏT: Poladımın ən böyük arzusu...

Manevr.az xəbər verir ki, bu ağır və şərəfli döyüş günlərində şəhid generalımız Polad Həşimovun anası Səmayə xanım da publika.az vasitəsilə əsgərlərimizə xeyir-dua vermək istədi.

“Salam, mənim əsgər balalarım! Allah üstünüzdə yar olsun, sizi qorusun. Peyğəmbərlərimizin əlləri kürəyinizdə olsun. Mən general Polad Həşimovun yox, hamınızın anasıyam. Bütün dualarım sizinlədir. Gecə-gündüz əl qaldırıb, sizə dua edirəm. Mənim general balamın əsgərləri, döyüş yoldaşları!

Hamınıza can sağlığı arzu edirəm. Təşəkkürümü bildirirəm. Döyüşüb Poladımın qanını yerdə qoymamağınız üçün dua edirəm. Qolunuz qüvvətli olsun ki, Poladımın ən böyük arzusunu yerinə yetirəsiniz. Bayrağımızı Şuşada, Xankəndidə sanca biləsiniz. Elə o məqamda “Əziz generalım, bu qələbəni sənin ruhuna hədiyyə edirik” sözünü deyəsiniz.

General anası kimi ordumuzun qarşısında baş əyirəm, cənab Prezidentimizin yanındayam. Qoy Ali Baş Komandanımızın canı sağ olsun ki, ordumuz da möhkəm olsun. Bilsin ki, biz də onun arxasındayıq.

Əziz balalarım, sonadək döyüşün ki, qələbə müjdəsi ilə biz şəhid analarını sevindirəsiniz. Biz də sizi bağrımıza basaq”.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar