Sizin Reklam Burada
Xəbər lenti
29-11-2024
28-11-2024
BÜTÜN XƏBƏRLƏR

Komendant saatı müddətində xüsusi icazə belə alınacaq - QAYDA

Tarix: 28-09-2020 18:19     Baxış: 4199 A- / A+
Komendant saatı müddətində xüsusi icazə belə alınacaq - QAYDA

Azərbaycan Respublikasının ərazisində elan edilmiş hərbi vəziyyətlə əlaqədar tətbiq edilən komendant saatı müddətində xüsusi icazənin verilməsi qaydası müəyyənləşib.

Manevr.az xəbər verir ki, bu Qayda Azərbaycan Respublikası Prezidentinin “Hərbi vəziyyət elan edilməsi haqqında” 2020-ci il 27 sentyabr tarixli 1166 nömrəli Fərmanına və “Azərbaycan Respublikasının ərazisində elan edilmiş hərbi vəziyyətlə əlaqədar bəzi məsələlərin tənzimlənməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 sentyabr tarixli 358 nömrəli Qərarına uyğun olaraq hazırlanmışdır və hərbi vəziyyətin elan edildiyi inzibati ərazi vahidlərində komendant saatı müddətində şəxslərin və nəqliyyat vasitələrinin sərbəst hərəkətinə xüsusi icazənin verilməsi ilə bağlı məsələləri tənzimləyir.

Komendant saatı müddətində xidməti vəsiqə ilə hərəkətə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 sentyabr tarixli 358 nömrəli Qərarına 1 nömrəli əlavədə göstərilən dövlət orqanlarının əməkdaşlarına icazə verilir.

Aşağıdakı şəxslər barəsində məlumatlar “icaze.e-gov.az” portalına daxil edildikdən sonra komendant saatının qüvvədə olduğu müddətdə onların hərəkətinə xüsusi icazə verilir:

3.1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 sentyabr tarixli 358 nömrəli Qərarına 2 nömrəli əlavədə göstərilən dövlət orqanlarının əməkdaşlarına;

3.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 sentyabr tarixli 358 nömrəli Qərarına 3 nömrəli əlavədə göstərilən sahələrdə çalışan şəxslərə.

4. Ölmüş şəxsin dini qaydalara uyğun dəfnə hazırlanması üçün onun yaxın qohumlarının sərbəst hərəkətinə Daxili İşlər Nazirliyinin “102” Xidmətinə və ya “Qaynar xətt”inə edilmiş müraciət üzrə aparılan araşdırmalardan sonra icazə verilir.

5. Beynəlxalq və ölkədaxili uçuşlara müvafiq reys üçün bileti olan şəxslərin yaşadıqları və ya olduqları yerdən hərəkətinə onların biletləri əsasında, dövlət sərhədindən müvafiq qaydada ölkəyə daxil olan şəxslərin yaşadıqları və ya olduqları yerə gəlməsinə isə onların pasportuna vurulmuş ştamp əsasında yol verilir.

6. Tibb müəssisəsinə təcili tibbi yardım avtomobili ilə yaxud yaxın qohumları tərəfindən aparılan şəxslərin hərəkətinə şərait yaradılır.

7. Xidməti vəsiqə əsasında, “icaze.e-gov.az” portalında qeydiyyatdan keçməklə və təxirəsalınmaz tibbi zərurətlə əlaqədar hərəkətinə icazə verilmiş şəxslər xidməti və fərdi avtomobildən istifadə edə bilər.

8. Hər hansı şəxsin komendant saatının qüvvədə olduğu müddətdə həyata keçirdiyi fəaliyyətlə bağlı iş yerindən arayış əsasında hərəkətinə icazə verilmir.

9. Komendant saatı müddətində hərəkətinə icazə verilən şəxlərin şəxsiyyəti təsdiq edən sənədlərinin üzərində olması məcburidir.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar