Xəbər lenti
Bakıda elektrikli avtobuslar istismara veriləcək
“2022-ci il yanvarın 1-dən şəhər nəqliyyatında yalnız elektrikli və sıxılmış təbii qaz mühərrikli avtobusların yeni istismara buraxılacağı planlaşdırılır. Bu istiqamətdə çox ciddi işlər gedir. Sıxılmış təbii qız mühərrikli avtobuslar var və sayları artmaqdadır. Növbəti mərhələdə çalışırıq ki, şəhərimizə elektrik mühərrikli avtobuslar gətirilsin”.
Bu barədə Bakı Nəqliyyat Agentliyinin Mətbuat Xidmətinin rəhbəri Mais Ağayev bildirib.
M.Ağayev qeyd edib ki, artıq Almaniyanın “Man” şirkəti və Türkiyənin “BMG” şirkəti ilə bu istiqamatdə danışıqlar gedir, işçi qrupları səviyyəsində müzakirələr aparılır:
“Bizim mütəxəssislərimiz tərəfindən də elektrikli avtobusların mümkün marşrutlarının müəyyənləşdirilməsi, hansı istiqamətlər üzrə xəttə buraxılması ilə bağlı da təhlillər aparılır. “Man” və “BMG” şirkətinin mütəxəssisləri ilə Bakıda elektrikli avtobuslar gətirildikdən sonra onların fəaliyyəti üçün uyğun infrastrukturun, qaraj sisteminin yaradılması ilə bağlı da ciddi müzakirələr gedir. Növbəti il üçün artıq şəhərimizdə sıxılmış təbii qazla çalışan avtobuslarla yanaşı elektrik mühərrikli avtobusların da fəaliyyətinin şahidi olacağıq.
Qeyd etdiyimiz kimi, 2022-ci il yanvarın 1-dən Nazirlər Kabinetinin 73 saylı qərarında əksini tapdığı kimi istismara yalnız sıxılmış və təbii qaz mühərrikli avtobuslar qəbul olunacaq. Təbii ki, həmin vaxt dizel mühərrikli və digər yanacaq növü ilə çalışan avtobuslar da olacaqlar. Amma yeniləri istismara qəbul olunmayacaq. Xətdə olanlar müəyyən istismar dövrünü başa vurduqdan sonra xətdən çıxarılacaq”. 365.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar