Xəbər lenti
MTRŞ-dan erotik filmlə bağlı açıqlama: “Qanun pozuntusu sayılmır”
Milli Televiziya və Radio Şurası (MTRŞ) "Dünya" televiziyasının efirində yayımlanan erotik səhnələrə münasibət bildirib.
Manevr.az xəbər verir ki, qurumun bununla bağlı mövqeyi vətəndaş tərəfindən ünvanlanan sualın cavabında öz əksini tapıb.
Belə ki, tamaşaçılardan biri sentyabrın 16-da axşam saatlarında "Dünya" televiziyasında yayımlanan "Diribaş" filmində açıq seks səhnələrinin efirə verildiyini bildirib. O, bu cür səhnələrin efirdə yayımlanmasına qanunla icazə verilib-verilmədiyini soruşub.
MTRŞ-dan cavab olaraq bildirilib ki, efirdə yayımlanan erotik səhnə qanun pozuntusu sayılmır.
“Dünya TV” kanalının efirində 16.09.2020-ci il tarixdə saat 23.00-da başlanan “Diribaş” bədii filmində erotik səhnələr (23.55-də) yer alıb. Lakin bu hal "Uşaqların zərərli informasiyadan qorunması haqqında" Azərbaycan Respublikasının Qanununun 9.2.1-ci maddəsinə (“16+” yaş kateqoriyasına aid informasiya məhsulları - erotik məzmunlu informasiyanın yayımı yerli vaxtla saat 7-dən saat 21-dək məhdudlaşdırılır) uyğun şəkildə yayımlandığından qanun pozuntusu hesab edilmir”./report
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar