Sizin Reklam Burada
Xəbər lenti
29-11-2024
28-11-2024
BÜTÜN XƏBƏRLƏR

Metroda hansı yeniliklər olacaq? - AÇIQLAMA

Tarix: 25-09-2020 09:52     Baxış: 4155 A- / A+
Metroda hansı yeniliklər olacaq? - AÇIQLAMA


Pandemiya dövründə Bakı Metropoliteninin fəaliyyəti ilə bağlı monitorinqlər, təhlil və araşdırmalar aparılıb, sərnişinlərin statistikası öyrənilib.

Məlumata görə, hazırda metropolitendə ötən ilin müvafiq dövrü ilə müqayisədə 2 dəfə az sərnişin daşınır.

Manevr.az
bildirir ki, bu barədə publika.az-ın suallarını cavablandıran "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.

O bildirib ki, əvvəlki illərdə həmişə metropolitendə sentyabr ayının əvvəlində dərs ilinin başlaması ilə əlaqədar olaraq sərnişinlərin sayı artıb və hərəkət qrafiki dəyişib. Ancaq pandemiya səbəbilə həm Nazirlər Kabinetinin, həm də Təhsil Nazirliyinin qərarına əsasən, tədris mövsümünün tamamilə başqa formatda bərpa olunması metrodan istifadə edən sərnişinlərin statistikasına da təsir göstərib: "Yay ayları aktiv istirahət mövsümü olduğu üçün məzuniyyətə gedənlərin sayının çox olması da sərnişinlərin sayının azalmasına təsir edir. Lakin hazırda bu istiqamətdə sərnişinlərin sayı artmağa başlayıb. Nazirlər Kabinetinin idarə, müəssisə və təşkilatların fəaliyyəti ilə bağlı müəyyən qərarları var. Bu tələblərə uyğun olaraq metropolitenin də işinin tənzimlənməsi prinsipləri həyata keçirilir. Bütün bunları nəzərə alsaq, hazırda metropolitendə ötən ilin müvafiq dövrü ilə müqayisədə 2 dəfə az sərnişin daşınır".

"Hazırda ən optimal hərəkət qrafiki tətbiq edilib"

B.Məmmədov Bakı Metropoliteninin pandemiya başlayandan bu günə qədər ən optimal hərəkət qrafiki tətbiq etdiyini deyib. Onun sözlərinə görə, bu qrafikə uyğun olaraq qatarlar ən pik saatlarda minimal hərəkət qrafiki ilə - texniki imkanlara görə 2 dəqiqə intervalla hərəkət edirlər: "Bu qayda sərnişinlərin sayından asılı olmayaraq qüvvədə qalacaq. Sərnişinlər də metrodan metodiki göstərişlərə uyğun istifadə etməlidirlər. Girişdə biz tibbi maska tələb edirik və çalışırıq ki, bütün qatarlarda və stansiyalarda buna nəzarət edək. Amma metodiki göstərişlərdən biri də sosial məsafənin qorunmasıdır. Optimal hərəkət qrafiki həm də bunun üçün tətbiq edilir".

Metropoliten rəsmisi qeyd edib ki, sərnişin sıxlığının tənzimlənməsi, onların hərəkət axını, rahatlığı və təhlükəsizliyi pandemiya şəraitini nəzərə alaraq maksimal dərəcədə gözlənilir: "Hazırda gücləndirilmiş iş rejimində çalışırıq. Metropoliten adətən paytaxtda keçirilən xüsusi kütləvi tədbirlər zamanı gücləndirilmiş rejimdə fəaliyyət göstərir. Hazırda isə xüsusi rejimdə işləyir. Günün müəyyən saatlarında zərurət yaranarsa, əlavə qatarlar xəttə buraxılır. Çünki pandemiya vaxtı sərnişin axını istiqamətlərində dəyişiklik ola bilər. Metropoliten buna da hazırdır. Gücləndirilmiş iş rejiminin digər bir tərəfi isə insan resursları ilə bağlıdır. Müəyyən növbətçilik cədvəli tərtib olunub və ona uyğun da stansiyalarda xidmət göstərilir. Sərnişinlərin hərarəti ölçülür, monitorinqlər və təbliğat işləri aparılır, nəzarət isə gücləndirilib. Bununla bağlı işçilər cəlb olunub və növbəti cədvəl tutularaq onların təlimatlandırılması müntəzəm şəkildə aparılır".

"Havalandırma ilə bağlı təqdimat hazırlanacaq"

Əksər vətəndaşları metropolitendən narazı salan səbəblərdən biri də havalandırma sisteminin intensiv olmaması və ya yaxşı işləməməsidir.

Qurum rəsmisi bu məsələyə də aydınlıq gətirib və bildirib ki, qatarların havalandırılması hər zaman prioritet mövzu olub və yaxın zamanlarda bununla bağlı təqdimat hazırlanacaq: "Bakı Metropoliteninin bütün ventilyatorlarının hamısı işlək vəziyyətdədir və hazırda pandemiya şəratinin tələbləri nəzərə alınmaqla xüsusi iş qrafikində çalışır. Ventilyasiyanı bəzən soyutma kimi də başa düşürlər. Əslində bu, belə deyil və onun ilk iş prinsipi təhlükəsizlik məqsədi daşıyır. Yəni o, yanğın və tüstülənmə olarsa, birinci növbədə tüstünün kənarlaşdırılması və təmiz havanın tunellərə vurulması üçündür. Bundan əlavə, tunel və tunel avadanlıqlarının keyfiyyətinin qorunması, Bakının geoloji şəraiti baxımından xüsusi rol oynayır. Daha sonra isə sərnişinlərin müvafiq oksigen miqdarı ilə təmin olunmasıdır. Əvvəl də belə olub, hazırda da belədir".

"Xəttə yeni qatarlar buraxılacaq"

Sərnişinlərin rahatlığının təmin olunması baxımından yeni qatarların xəttə buraxılması xüsusi rol oynayır.

B.Məmmədov deyib ki, köhnə qatarların xətdən çıxarılaraq yeniləri ilə əvəz olunması mərhələli şəkildə aparılır. Bunun üçün müqavilə də imzalanıb və bu ildən icra olunmağa başlanılıb. Razılaşmaya görə, bu il ərzində ölkəyə hər birində 5 vaqon olmaqla, 4 yeni qatar gətirilib: "Müqavilə 2019-cu ilin oktyabr ayında imzalanıb. Yeni qatarların gətirilməsinin iki vacib prinsipi var. Birincisi, istismar ilini başa vuran qatarların yeniləri ilə əvəz olunmasıdır. Əgər qatar istismar müddətini başa vurursa, o xəttən çıxarılmalı, əvəzində isə yeni qatar xəttə buraxılmalıdır".

Qurum sözçüsü 2019-cu ilin oktyabrında Bakı Metropoliteni tarixində ilk uzunmüddətli müqavilə olan bu razılaşmanın 3 illik dövrü nəzərdə tutduğunu vurğulayıb: "Bu qayda ilə 2021, 2022-ci ilin hər birində 20 vaqon olmaqla daha 40 vaqon (8 qatar) ölkəyə gətiriləcək. O qatarlar istismar müddətini bitirmişlərin əvəzinə xəttə buraxılacaq. Artıq sərnişinlər yeni qatarların çoxluğunu da hiss edirlər. Hazırda isə metropolitendə 15 yeni qatar (75 vaqon) var və bütün qatarlar müntəzəm olaraq yoxlanılır".

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar