Sizin Reklam Burada
Xəbər lenti
29-11-2024
28-11-2024
BÜTÜN XƏBƏRLƏR

Toyların və yasların keçirilməsinə bu şərtlərlə icazə verilə bilər

Tarix: 24-09-2020 16:32     Baxış: 4170 A- / A+
Toyların və yasların keçirilməsinə bu şərtlərlə icazə verilə bilər


Azərbaycanda şadlıq sarayları, mərasim zalları və məscidlərin fəaliyyəti yenidən bərpa olunacaq.


Bununla bağlı yerli icra hakimiyyəti orqanlarına göstəriş verilib.

Belə ki, icra hakimiyyətləri öz rayonları ərazisində yerləşən şadlıq evləri, məscidlər və mərasim zallarına nümayəndələrini göndəriblər. Nümayəndələr adı çəkilən məkanlara baş çəkərkən həmin yerlərin kvadrat metri, nə qədər insan tutumuna malik olması və havalandırma sisteminin mövcud olması ilə yerində tanış olublar.

Bildirilir ki, Operativ Qərargahın növbəti yumşaldılma barədə qərarından sonra hər üç sahə üzrə qadağalar nisbətən aradan götürüləcək. Toyların əvvəlki kimi 500-1000 nəfərin iştirakı ilə deyil, məhdud sayda qonaqların iştirakı ilə keçirilməsinə icazə verilə bilər. Şadlıq saraylarında aparılan yoxlamalar zamanı da məkanlara nə qədər insanın daxil olma potensialı müəyyənləşdirilib.

Karantin şərtləri çərçivəsində masalar arxasında 6 nəfərdən çox insanın əyləşməsi qadağan oluna bilər. Bundan əlavə toya gələn insanların və şadlıq sarayı personalının da maskadan istifadəsi ilə bağlı məcburiyyət ola bilər. Həmçinin zallarda oturacaqların ara məsafəsi eyni masa arxasında 1 metrdən, masalararası məsafə isə 2 metrdən az olmamalıdır.

Məscidlərlə bağlı siyahının hazırlanması da ibadət ocağına nə qədər insanın buraxılmasının yoluxma riski yaratmaması ilə əlaqədardır. İbadət ocağında cümə və camaat namazlarının qılınması ilə bağlı qadağa qüvvədə qalsa da, fərdi şəkildə insanların ara məsafəsini gözləmək və maskadan istifadə etməklə namazlarını qılmasına icazə veriləcəyi gözlənilir.

Mərasim zalları ilə bağlı da say məhdudiyyətinin tətbiqi gözləniləndir. Cəm şəkildə insanların mərasim evlərinə daxil olmasına icazə verilməyəcək. Lakin ara məsafəsi gözlənilməklə və maskadan istifadə etməklə məhdud sayda insanın baş sağlığı verməsi üçün həmin məkanlara dail olmasına icazə verilməsi gözləniləndir./baku.ws

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar