Sizin Reklam Burada
Xəbər lenti
13-10-2025
12-10-2025
BÜTÜN XƏBƏRLƏR

Nərgiz Cəlilovaya yeni vəzifə verildi

Tarix: 24-09-2020 15:33     Baxış: 3211 A- / A+
Nərgiz Cəlilovaya yeni vəzifə verildi

Azərbaycan Televiziyasında tanınmış teleaparıcı Nərgiz Cəlilovaya yeni vəzifə həvalə olunub.

Bu barədə AzTV-nin Sosial Media və İctimaiyyətlə Əlaqələr Şöbəsinin məlumat yayıb.

Bildirilib ki, peşəkar teleaparıcı AzTV-nin Aparıcılar qrupunun bədii rəhbəri vəzifəsinə təyin olunub.

Bu vaxta kimi N.Cəlilova AzTV-nin nəzdində fəaliyyət göstərən Teleradio Akademiyasında kafedra müdiri vəzifəsində çalışıb. O, həmin vəzifədə qalacaq.

Nərgiz Cəlilova yeni təyinatı ilə bağlı danışarkən bildirib ki, akademiyaya gələn tələbələr arasında efirə yaraşanları kifayət qədərdir:

“Teleradio Akademiyasına gələn tələbələr arasında çox yaxşı nitqi, səlis danışıq qabiliyyəti, gözəl efir səsi olan, savadlı gənclər var. Lakin sanki arada itirlər. Ona görə seçilən uşaqlarla əlavə məşğul olub, müəyyən formatlara hazırlamaq lazımdır. Biz aparıcının daha çox nəyə qadir olduğunu, hansı proqrama yaraşdığını müəyyən etməliyik. Bu, əsas məsələlərdən biridir. Kimsə xəbər proqramı üçün uyğun deyilsə, onu həmin formata yönləndirsək, bu, həmin şəxsin özü üçün də yanlış olar, problemlər yarana bilər”.

N.Cəlilovanın sözlərinə görə, həm AzTV, həm “Mədəniyyət” kanalı, həm də İdman TV-nin aparıcıları ilə məşğul olacaq.

Məlumat üçün bildirək ki, Nərgiz Cəlilova 1983-cü ildə Azərbaycan Dövlət Televiziyasında işə başlayıb. Daha sonra o, müxtəlif televiziyalarda aparıcı, prodüser və digər vəzifələrdə çalışıb.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar