Xəbər lenti
Soydaşımız Estoniyada siyasi partiyanın həmsədri seçildi
Estoniyada yaşayan Züleyxa İsmayılova bu ölkədə fəaliyyət göstərən “Yaşıllar” partiyasının həmsədri seçilib.
Bu, sentyabrın 12-də keçirilmiş qurultayda partiyanın nizamnaməsinə edilmiş dəyişikliklər nəticəsində baş verib.
Dəyişikliklərə əsasən, partiyaya iki həmsədr rəhbərlik edəcək. Həmsədr seçilən soydaşımıza ətraf mühitin qorunması məsələləri həvalə edilib.
Xatırladaq ki, Züleyxa İsmayılova siyasətçi olmaqla yanaşı, eko-aktivist, fotoqraf və jurnalistdir. Öncə ətraf mühitin müdafiəsi məsələləri ilə məşğul olan “Eston yaşıllar hərəkatı”nda könüllü kimi fəalliyət göstərib, 2005-ci ildən siyasətə qoşularaq, Sosial-Demokatlar Partiyasına daxil olub. 2012-ci ildə bu partiyanı tərk edib, iki il sonra “Estoniya Yaşılları” partiyasına üzv olmağa üstünlük verib.
Qeyd edək ki, Z.İsmayılova 1985-ci ildə Tallində dünyaya göz açıb. Atası azərbaycanlı, anası estondur. Atasının vəfatınadək ailəsi Azərbaycanda yaşayıb. Sonra anası və bacısı ilə birlikdə Estoniyaya qayıdıb, 2017-2019-cu illərdə Tallin şəhərinin vitse-meri vəzifəsində işləyib.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar