Xəbər lenti
Oqtay Əsədovun eks-kürəkəni London meri olmaq istəyir
Bu gün İngiltərə mediasında azərbaycanlı Kamran Balayevin London meri postuna namizəd olması barədə məlumat yayımlanıb. K. Balayevin namizədliyinin "Renew" partiyasından irəli sürüldüyü bildirilir.
Manevr.az xəbər verir ki, “qafqazinfo”nun əldə etdiyi məlumata görə, Kamran Balayev Milli Məclisin keçmiş spikeri, hazırkı deputat Oqtay Əsədovun sabiq kürəkənidir. Oqtay Əsədovun qızı Nərminə Əsədova Kamran Balayevlə 2002-ci ildə rəsmi nikaha giriblər. Onların evliliyi 10 il sürüb.
K.Balayev və O.Əsədov 2012-ci ildə mülk davalarına görə uzun müddət məhkəmə salonlarında çəkişiblər. Belə ki, Azərbaycanda Ədliyyə Akademiyasının rektor əvəzi və prorektoru olan Kamran Balayev O.Əsədovun qızından boşandıqdan sonra ailəsi ilə mübahisəli vəziyyətə gəlib. Çünki K.Balayev sabiq spikerin bir çox işlərinə nəzarət edib. O, həmçinin 2010-cu ildə parlament seçkiləri öncəsi Oqtay Əsədovun seçki qərargahının rəhbəri olub.
Bu arada qeyd edək ki, 2012-ci ildə Nərminə Əsədova boşanma üçün müraciət edəndən sonra anası Zemfira Əsədova da Səbail rayon məhkəməsinə müraciət edərək Kamran Balayevə qarşı iddia qaldırmışdı. Əsədovlar ailəsi K.Balayevdən birgə nikah dövründə əldə olunan bütün əmlaklardan imtina etməsini və maddi təzminat ödəməsini tələb edirdi. Qanuna görə isə birgə nikahda əldə edilən, N.Əsədova ilə K.Balayevanın adına olan əmlaklar bölünməli idi.
Məlumata görə, Oqtay Əsədov o zaman bir çox mülkünü də kürəkəninin adına keçiribmiş.
Daha sonra eks-kürəkənin ölkədən İngiltərəyə qaçdığı haqda məlumatlar da yayılmışdı. K.Balayev Kembric, Harvard Universitetlərində, Beynəlxalq Antikorrupsiya Akademiyasında və London İqtisadiyyat və Siyasi Elmləri Məktəbində təhsil alıb.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar