Sizin Reklam Burada
Xəbər lenti
03-02-2025
02-02-2025
BÜTÜN XƏBƏRLƏR

Saman Həsənzadənin baş redaktordan şikayəti rədd edildi

Tarix: 22-09-2020 15:48     Baxış: 4160 A- / A+
Saman Həsənzadənin baş redaktordan şikayəti rədd edildi

Bu gün Xətai Rayon Məhkəməsində özünü Sayman Aruz kimi təqdim edən Saman Həsənzadənin jurnalist Anar Niftəliyevə qarşı xüsusi ittiham qaydasında verdiyi şikayətə dair hazırlıq iclası keçirilib.

Manevr.az-ın məlumatına görə, bu barədə axar.az-a Anar Niftəliyev özü açıqlama verib. A.Niftəliyev qeyd edib ki, Saman Həsənzadə 27 və 28 iyulda Feysbuk sosial şəbəkəsində yazdığı statuslara görə onun barəsində xüsusi ittiham qaydasında, 2,5 il həbs tələbi ilə məhkəməyə şikayət vermişdi:

“Şikayət Qaradağ Rayon Məhkəməsinə verilmiş, orda hazırlıq iclası keçiriləndən sonra yaşadığım yerə uyğun olaraq Xətai Rayon Məhkəməsinə göndərilmişdi. Bu gün hakim Bəxtiyar Məmmədovun sədrliyi ilə keçirilən hazırlıq iclasında qarşı tərəfin sübut təqdim edə bilməməsi səbəbindən şikayət rədd edildi”.

A.Niftəliyev qeyd edib ki, şikayət ərizəsinin özü belə şantaj üstündə qurulmuşdu:

“Ancaq biz hüquqi dövlətdə yaşayırıq və özünü Güney Azərbaycandan olan dissident kimi göstərməyə çalışan, əsl adı Saman olan Saman Həsənzadənin cəfəng iddia və şantajları İranda keçə bilər, Azərbaycanda yox”.

Jurnalist həmçinin qeyd edib ki, Saman Həsənzadənin saxta diplom satışı, AYB adından sui-istifadəsi və s. əməlləri ilə bağlı artıq hüquq-mühafizə orqanlarına müraciət edilib:

“Baş Prokurorluq və Azərbaycan Yazıçılar Birliyi artıq araşdırma aparıldığını açıqlayıblar. Onun xüsusi ittiham qaydasında məhkəməyə şikayət verməsinin səbəbi Saman Həsənzadənin İran kəşfiyyatının agenti olması ilə bağlı sosial şəbəkə hesabımda yazdığım statusdur. Bu isə mənim jurnalist araşdırmamın nəticəsidir və yazılı surətdə məhkəməyə təqdim etdiyim çıxışımın surətini ictimailəşdirəcəyəm. Onda bir çox həqiqətlər Dövlət Təhlükəsizliyi Xidməti üçün də aydın olar”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar