Sizin Reklam Burada
Xəbər lenti
29-11-2024
28-11-2024
BÜTÜN XƏBƏRLƏR

“Lider” TV-nin “payızı”: Verilişlər bağlanıb, maaşlar ödənilmir, kütləvi ixtisar gedir

Tarix: 22-09-2020 03:58     Baxış: 3164 A- / A+
“Lider” TV-nin “payızı”:

“Lider” televiziyasında ixtisarlar gedir.

Televiziyada verilişlər bağlanır, yalnız prodakşn verilişləri fəaliyyətlərini davam etdirir.

Qeyd edilib ki, vaxtilə 600 nəfərin işlədiyi televiziyada hazırda 20-30 nəfərlik heyət çalışır:

“Son altı ay ərzində 100-dən çox əməkdaş öz hesabına məzuniyyətə göndərilib. İndi isə həmin əməkdaşlara bildiriblər ki, gəlib öz xahişləri ilə işdən çıxma ərizəsi yazsınlar. Bunun səbəbi odur ki, qanunvericiliyə əsasən, işçi altı aydan çox öz hesabına məzuniyyətə çıxa bilməz.

Hazırda televiziyada yoxlamalar aparılır və belə şəraitdə onlar işçilərini işdən çıxarmaqda israrlıdırlar”.

Bildirilir ki, şikayət edən şəxslər işdən qovulmaqla hədələnir. Vaxtilə 28 operatorun çalışdığı TV-də indi bu vəzifəni dörd nəfər icra edir. Onlar həm xəbərlər, həm də digər verilişlərdə çalışırlar. Eyni zamanda, xəbərlər departamentində beş-altı işçi fəaliyyət göstərir.

İddia olunur ki, televiziyada 2019-cu ildən indiyədək maaşlar tam ödənilmir. Nəticədə, teleşirkətin əməkdaşlara külli miqdarda borcu yaranıb.

İddialarla bağlı telekanalın rəsmi mövqeyini öyrənməyə çalışır. oxu.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar