Sizin Reklam Burada
Xəbər lenti
02-05-2024
BÜTÜN XƏBƏRLƏR

Deputatdan toyların keçirilməsi iə bağlı BƏDBİN PROQNOZ

Tarix: 21-09-2020 19:06     Baxış: 4206 A- / A+
Deputatdan toyların keçirilməsi iə bağlı BƏDBİN PROQNOZ


Azərbaycanda toyların formatı dəyişməlidir. Artıq həmişəlik bu qaydalar qəbul olunmalıdır. Əvvəlki dövrlərdə olduğu kimi 300-400, hətta 1000 nəfərlik toy mərasimlərinin keçirilməsi düzgün deyil.

Manevr.az
bildirir ki, bu barədə Milli Məclisin Əmək və Sosial Siyasət komitəsinin sədri Musa Quliyev teleqraf.com-a müsahibəsində deyib.

Deputat bildirib ki, eyni zamanda ölkədə toyların formatı da nisbətən sadə bir tərtibə keçməlidir:

"Sadə tərtibdə toyların keçirilməsi mümkün ola bilər. Amma şadlıq evlərində kütləvi və təntənəli toyların keçirilməsi mümkün deyil".

M.Quliyev qardaş Türkiyəni misal çəkərək qeyd edib ki, oranın bəzi şəhərlərində toyların keçirilməsi ilə bağlı qərar verildi:

"Amma orada saat məhdudiyyəti ilə toyun baş tutması şərt kimi qoyuldu. Eyni zamanda bu tip toylarda yemək-içmək və müxtəlif təamların da verilməsi qadağan edilmişdi. Sonradan yoluxmada artım olduğuna görə onu da qadağan etdilər. Ona görə də bundan sonra ölkəmizdə toyların sırf ailə tərkibində keçirilməsi məqbul olar".

Deputat vurğulayıb ki, toyların keçirilməməsinin demoqrafik vəziyyətə bir o qədər də təsiri olmayacaq:

"Çünki statistikaya əsasən, uşaqların 70 faizi evliliyin ilk ilində deyil, sonrakı illərində dünyaya gəlir. Digər tərəfdən toyların qadağan edilməsi o demək deyil ki, insanların ailə qurmasına da məhdudiyyət qoyulub. İnsanlar yenə də öz ailə həyatlarını qura, ailə şənliyi şəkilində də toy mərasimlərini keçirə bilərlər. Əslində bu addımları daha çox təbliğ etmək və stimullaşdırmaq lazımdır".

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar