Sizin Reklam Burada
Xəbər lenti
03-05-2024
02-05-2024
BÜTÜN XƏBƏRLƏR

Parlamentdə "Ali təhsil haqqında" qanun layihəsi hazırlanır

Tarix: 21-09-2020 13:47     Baxış: 4143 A- / A+
Parlamentdə "Ali təhsil haqqında" qanun layihəsi hazırlanır

Sentyabrın 21-də Milli Məclisin Elm və təhsil komitəsinin növbəti onlayn iclası keçirildi. Komitənin sədri Bəxtiyar Əliyev bildirdi ki, gündəliyə "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" və "Peşə təhsili haqqında" qanunlarda dəyişikliklər edilməsi barədə" sənədin müzakirəsi daxil edilib.

Manevr.az trend-ə istinadən bildirir ki, qanun layihəsinə təklif olunan dəyişiklikləri ətraflı şərh edən Bəxtiyar Əliyev qeyd etdi ki, sənəd "Publik hüquqi şəxslər haqqında" qanunda dəyişiklik edilməsi barədə" 2019-cu il 12 iyul tarixli qanunun icrası ilə əlaqədar hazırlanıb. Sözügedən qanunun 4-cü maddəsinə uyğun olaraq publik hüquqi şəxs, dövlət adından, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum tərəfindən yaradılır. Publik hüquqi şəxs "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" qanunla müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən dövlət qeydiyyatına alındıqdan sonra hüquqi şəxs statusunu əldə edir. Müvafiq icra hakimiyyəti orqanı tərəfindən yaradılan publik hüquqi şəxsin dövlət qeydiyyatı onun idarəetmə orqanlarının üzvləri tam tərkibdə təyin edilmədiyi halda da həyata keçirilir. Buna əsaslanaraq "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" qanunun 5.4 və 8.1-ci maddələri həmin müddəalara uyğunlaşdırılır. Müzakirəyə çıxarılan "Peşə təhsili haqqında" qanunun 16.2-ci maddəsi isə "Təhsil haqqında" qanunun 32.2-ci maddəsinə uyğunlaşdırılır. Komitə üzvləri Musa Qasımlı, Rafael Hüseynov, Etibar Əliyev, Müşfiq Məmmədli, Kamilə Əliyeva, Şahin Seyidzadə, Ceyhun Məmmədov sənədlə bağlı qeyd və təkliflərini bildirdilər.

Sənədin Milli Məclisin plenar iclasına tövsiyə edilməsi məqsəduyğun hesab edildi.

Sonra onlayn toplantıda komitənin cari işləri ilə bağlı fikir mübadiləsi aparıldı. "Ali təhsil haqqında" qanun layihəsinin hazırlanması ilə bağlı yaradılmış işçi qrupun tərkibinə dəyişiklik müzakirə olundu və təsdiq edildi. Bəxtiyar Əliyev qanun layihəsi ilə bağlı oktyabr ayının əvvəlləri üçün geniş ictimai dinləmələrin keçirilməsinin planlaşdırıldığını diqqətə çatdırdı.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar