Sizin Reklam Burada
Xəbər lenti
29-11-2024
28-11-2024
BÜTÜN XƏBƏRLƏR

Valideynlərdən məktəb direktoruna qarşı ağır ittihamlar: “Şagirdləri ilə qumar oynayır”

Tarix: 17-09-2020 06:17     Baxış: 3186 A- / A+
Valideynlərdən məktəb direktoruna qarşı ağır ittihamlar:

İmişli rayonu, Vətən Novruzov adına 1 saylı Sarıxanlı kənd orta məktəbinin direktoru Elşən Baxşəliyev qanunsuz əməllər törədir, rüşvət alır, müəllim adına yaraşmayan hərəkətlər edir.

Manevr.az xəbər vrir ki, bu iddia ilə bağlı “Qafqazinfo”ya bir qrup şikayətçi kənd sakini müraciət edib.

Məktəbin qarşısına toplaşaraq etiraz edən sakinlər artıq direktorun əməlləri ucbatından uşaqlarını məktəbə göndərmək istəmədiklərini bildiriblər.

Vüqar Muradov adlı valideynin ittihamına görə, işçilərdən rüşvət tələb edən E.Baxşəliyev heç vurma cədvəlini də bilmir:

“Bu müəllimin savadı yoxdur, gəlib attestasiya keçirsinlər. Şəhidin adını daşıyan məktəbdə necə bu cür savadsız adam işləyə bilər? O öz şagirdinə, müəlliminə sataşır, işçilərdən hər ay 30 manat rüşvət tələb edir. Biz onun direktorluqdan yox, ümumiyyətlə, məktəbdən uzaqlaşdırılmasını istəyirik”.

Digər valideyn Anar Əhmədzadə iddia edib ki, direktor oğluna spirtli içki aldırmağı tapşırıb:

“Oturub şagirdləri ilə qumar oynayır, şagirdlərdən birinə tapşırır ki, “atana de, araq alsın”. Uşaq da atası araq almadığına görə məktəbə getməkdən qorxur. Bu müəllim savadsız olmaqla yanaşı, həm də əxlaqsızdır”.

Şikayətçilərin sözlərinə görə, direktor bir müddət işdən uzaqlaşsa da, sonradan yenə işinə bərpa olunub:

“O, 18 min manat rüşvət verərək işə bərpa olunduğunu və həmin pulu çıxarmaq üçün işçilərdən pul tələb etdiyini deyir”.

63 nəfərlik siyahı tərtib edərək aidiyyəti qurumlara müraciət etdiklərini deyən valideynlər bildirirlər ki, dəfələrlə direktorun qanunsuz əməlləri ilə bağlı rayon Təhsil Şöbəsində qəbulda olublar. Bu haqda Baş Prokurorluğa, İmişli Rayon Prokuroruna şikayətlər ediblər.

Digər bir şikayətçi Asif Allahverdiyev isə iddia edib ki, E.Başxəliyev məktəbə məxsus əşyaları vaxtilə ona satıb:

“Mən doqquz ildir bu məktəbdə işləyirəm. Elşən Baxşəliyev məktəb direktoru olduğu müddətdə öz otağındakı şkafı, televizoru və məktəbin əşya şkafını mənə 200 manata satıb. İndi də Niyaməddin Gözəlovun şikayətinə görə onları geri istəyir. Mən deyirəm ki, pulumu ver, gəl, həmin əşyaları apar. Amma direktor pulu qaytarmaq istəmir. Deyir ayın 10-dək əşyaları geri qaytarmasan, səni tutduracağam”.

Şikayəti araşdırmaq üçün Təhsil Nazirliyinə müraciət olunub.

Nazirlikdən bildirilib ki, hazırda məsələ ilə bağlı araşdırma aparılır. Nəticəsi ilə bağlı ictimaiyyətə məlumat veriləcək.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar