Xəbər lenti
Şahid: Yaqubluya qarşı ifadə verməmişəm - Video
Tоfiq Yaqublunun cinayət işində hal şahidi kimi adı keçən Bakı şəhər sakini Nəbi Acalov özü barədə yayılan ittihamlara cavab verib.
Manevr.az xəbər verir ki, onun video-açıqlaması sosial şəbəkələrdə yayılıb.
O bildirib ki, hadisənin şahidi olmayıb və bununla bağlı heç kimə qarşı ifadə verməyib. O, yalnız yol nəqliyyat hadisəsindən sonra yol polisinin dəvəti ilə baxışda iştirak edərək bu barədə aktı və sxemi könüllü imzalayıb.
Onun sözlərinə görə, sosial şəbəkələrdə guya onun cinayət işində yalançı şahidlik etməsi ilə bağlı yayılan məlumatlar və ittihamlar əsassızdır. Sosial şəbəkələrdə yayılan səs yazısında da o, bu şəkildə fikrini ifadə etməyə çalışsa da, onun fikirləri kimlərsə tərəfindən ictimaiyyətə səhv, təhrif olunmuş şəkildə təqdim olunub.
N.Acalov bildirib ki, iş materiallarında olan və sosial şəbəkədə yayılmış avtomobillərin toqquşması ilə bağlı akt və sxemdəki imzalar ona məxsusdur, hətta bunu məhkəməyə ünvanladığı teleqramla da təsdiq edib.
N.Acalovun açıqlamasının tam mətnini təqdim edirik/axar.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar