Sizin Reklam Burada
Xəbər lenti
29-11-2024
28-11-2024
BÜTÜN XƏBƏRLƏR

Livanlı ermənilər Şuşaya və digər işğal olunmuş ərazilərə yerləşdirilir — VİDEO

Tarix: 13-09-2020 10:58     Baxış: 3197 A- / A+
Livanlı ermənilər Şuşaya və digər işğal olunmuş ərazilərə yerləşdirilir — VİDEO


Ermənistan cənubi qafqazda əsas təhlükə mənbəyi missiyasını davam etdirir. Ermənistanın şovinist və separatçı rəhbərliyi Livanın paytaxtı Beyrutda baş verən partlayışdan zərərçəkən erməniləri Dağlıq Qarabağa köçürməkdədir. Hətta Ermənistan kütləvi informasiya vasitələrində bu qanunsuz köçürməni əks etdirən görüntülər də yayılıb. Millət vəkilləri hesab edirlər ki, Livandan olan ermənilərin işğal olunmuş torpaqlara yerləşdirilməsinin qarşısı dərhal alınmalıdır.
Ermənistan təxribatlarını ən müxtəlif istiqamətlərdə davam etdirir. Livandan erməni mənşəli ailələrin Dağlıq Qarabağa köçürülməsi təxribatın ən təhlükəli hissələrindən biridir. Ermənistanın ''Azadtutyun'' radiosu bu günlərdə Livandan işğal altında olan Şuşaya köçürülən bir ailədən reportaj hazırlayıb.


Görüntülərdə bir erməni ailəsinin Şuşada ev, avtomobil və lazımi məişət əşyaları və ərzaq məhsulları ilə təmin olunduğu nümayiş olunur. Bu ailə Şuşada sığınacaq aldığına görə Ermənistan rəhbərliyinə təşəkkür edir.

Yayılan görüntülərdə özünü Qondarma Dağlıq Qarabağın rejiminin nümayəndəsi kimi təqdim edən şəxs isə Livandan erməni ailələrinin bundan sonra Qarabağa köçürüləcəyini açıqlayır.

Azərbaycanın Millət vəkilləri isə Ermənistanın bu addımının cavabsız qalmayacağını bildirirlər.
Millət vəkili Elşad Mirbəşir hesab edir ki, Ermənistan işğalçılıq siyasətini davam etdirməkdə israrlıdır. Buna görə də beynəlxalq təşkilatlar Ermənistanın indiyədək olan və son təxribatlarına susmamalı və işğalçı dövlətlə onun layiq olduğu dildə danışmalıdır.

Politoloq Elçin Əhmədov isə son hadisələrin Ermənistanın münaqişənin dinc yolla həllini dəstəkləmədiyini bir daha sübut etdiyini deyir.

Ekspertlər bildirir ki,Ermənistan bir neçə livan ailəsini işğal altında olan ərazilərə köçürməklə həm özü, həmdə o ailələr böyük problemlərlə üzləşəcək..İşğalçı ölkə Aprel döyüşlərini və son Tovuz hadisələrini unutmamalıdır.


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar