Sizin Reklam Burada
Xəbər lenti
23-04-2026
22-04-2026
BÜTÜN XƏBƏRLƏR

Traktor komandasının tərəfdarı Təbriz məhkəməsinə çağırılıb

Tarix: 10-09-2020 20:47     Baxış: 2191 A- / A+
Traktor komandasının tərəfdarı Təbriz məhkəməsinə çağırılıb


"Traktor Azərbaycan" komandasının azarkeşi Məhəmməd İbrahim Cövdət Təbrizin Xosrovşah bölgəsinin ümumi məhkəməsinə çağırılıb.

HRA agentliyin bildirdiyinə görə, "türk fəal keçən cümə günü Təbriz hava limanında İran 'həzfi' kubokunun qalibi olan Traktor komandasını salamlama mərasiminə qatıldığı zaman nəzarət altına alınıb, bir neçə saat sonra sərbəst buraxılıb."

Amerikanın Səsinin surətini əldə etdiyi çağırış vərəqəsində yazılanlara əsasən, məhkəmə Cövdəti "toplaşma, iğtişaş və İslam Respublikası nizamına qarşı təbliğat" ittihamı ilə günahlandırır. Məhəmməd İbrahim Cövdətdən beş gün ərzində məhkəməyə müraciət etməsi tələb edilib.

Təbrizin Traktor komandası sentyabrın 3-də Məşhəd şəhərində keçirilən İranın 'həzfi' kubukonun final oyununda Tehranın İstiqlal komandasını 3-2 hesabı ilə məğlub edərək İran milli kobukonun qalibi oldu.

Traktor komandasının qalibiyyətindən sonra İranın Azərbaycanının bəzi bölgələrində təşkil olunan şənlik mərasimlərində bir neçə azarkeşin saxlanıldığına dair xəbərlər yayılıb.

İran Azərbaycanından əlavə İranın digər bölgələrində yaşayan türklər arasında da çox sayda azarkeşi olan Traktor klubu ölkədə türk kimliyinin simvolu kimi dəyərləndirilir. Klubun Türkiyə və Azərbaycan Respublikasında da xeyli azarkeşi var. Traktor komandası Türkiyə mediasında "dünyanın ən çox tərəfdarı olan türk komandası" kimi təqdim edilir.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar