Sizin Reklam Burada
Xəbər lenti
18-04-2024
17-04-2024
BÜTÜN XƏBƏRLƏR

Millət vəkili Jalə Əliyeva Zərdab rayonunda seçicilərini qəbul edib - ŞƏKİLLƏR

Tarix: 08-09-2020 18:22     Baxış: 3308 A- / A+
Millət vəkili Jalə Əliyeva Zərdab rayonunda seçicilərini qəbul edib - ŞƏKİLLƏR

Millət vəkili, Milli Məclisin Ailə, Qadın, Uşaq məsələləri Komitəsinin Sədr müavini Jalə Əliyeva Zərdab rayonunda seçicilərini qəbul edib.

Məlumat üçün bildirək ki, son aylar ərzində deputat rayonda 2 səyyar, 4 videoqəbul keçirmış, Ramazan və Qurban bayramlarında şəhid, veteran ailələrini, kimsəsiz qocaları, valideyn himayəsindən məhrum uşaqları ziyarət etmiş, onları bayram sovqatları və qurban payı ilə sevindirmiş, eyni zamanda pandemiyanın ilk aylarında rayona 2000 ədəd maska və digər tibbi ləvazimat göndərmiş, 100-dən çox ailəyə maddi yardım göstərmişdir.
Dünən, 7 sentyabr tarixində deputat Zərdab rayonundakı ofisində 70 nəfəri qəbul etmişdir. Səhər erkən saatlarda başlayan qəbul, axşam saat 9-a qədər davam etmişdir. Qəbul zamanı vətəndaşlara ölkədə hətta pandemiya şəraitində belə həyata keçirilən nəhəng quruculuq işləri, ölkənin inkişaf istiqamətləri, insanların daha yaxşı yaşaması üçün görülən işlər, daha parlaq gələcəyimiz naminə atılan addımlar haqqında ətraflı məlumat verilmişdir. Vətəndaşlar, hətta pandemiyanın ağır şərtləri altında belə ölkə əhalisinin sağlamlığının, əmin-amanlığının qorunması üçün durmadan çalışan, bütün qüvvələri səfərbər edən ölkə Prezidenti cənab İlham Əliyevə və birinci vitse-prezident xanım Mehriban Əliyevaya təşəkkürlərinin çatdırılmasını deputat Jalə Əliyevadan xahiş ediblər. Vətəndaşlar eyni zamanda Zərdab rayonunda da son zamanlarda, konkret olaraq ötən bir il ərzində görülən böyük quruculuq-abadlıq işlərindın razılıq ifadə ediblər. Başda ölkə Prezidenti olmaqla, bu işlərdə böyük əmək sərf edən rayon İcra Hakimiyyətinin başçısı Mərdan Camalzadəyə, dövlət və icra qurumlarına minnətdarlıqlarını bildiriblər. Eyni zamanda, deputat Jalə Əliyevaya, onlara tez-tez baş çəkdiyi, problemləri ilə yaxından maraqlandığı və həlli yollarını axtardığı üçün, seçicilərinin istək və tələblərini yerli və mərkəzi orqanlara çatdırdığı üçün razılıq bildiriblər. Qəbulda müxtəlif səpkili xahiş və təkliflərlə müraciətlər edilib. Müraciətlər daha çox məşğulluqla və əlillik dərəcəsinin təyin edilməsində yaşanan problemlərlə bağlı olub. Belə ki, seçicilər əlillik dərəcəsinin təyin edilməsi üçün tələb edilən sənədlərin əlaqədar təşkilatlar, xüsusilə rayon Səhiyyə şöbəsindən alınması zamanı süründürməçilik və laqeydliklə qarşılaşdıqlarını dilə gətirib, vəziyyətin düzəldilməsi üçün şikayətlərinin mərkəzi icra qurumuna çatdırmasını deputatdan xahiş ediblər. Məşğulluq sahəsində isə daha əvvəlki illərdə növbəlilik prinsipinə riayət edilmədiyini, işlə təmin olunmaq üçün bir-neçə il gözləməli olduqlarını, işəgötürmələr zamanı ədalət və şəffaflıq prinsipinin pozulduğunu, lakin son aylarda bu problemin də artıq tədriclə aradan qaldırıldığını bildirib, müraciətlərinin tezləşdirilməsində köməklik göstərməsini xahiş ediblər. Özünəməşğulluq proqramı çərçivəsində mal-qara və kənd təsərrüfatı xarakterli digər məhsulların təmin ediməsində çətinlik yaşadıqlarını da söyləyiblər. Qəbulda həmçinin bu gün bütün dünyada, eyni zamanda Azərbaycanda və o cümlədən Zərdab rayonunda da mövcud olan su probleminin, bəzi kəndlərdə sakinlər arasında yaşanan mübahisəli örüş yerləri probleminin, müalicə, təhsil, fərdi tikinti-təmir və s. sahələri əhatə edən, eyni zamanda hüquq-mühafizə orqanları ilə bağlı məsələlərin həllində köməklik göstərməsi deputat Jalə Əliyevadan xahiş edilmişdir.
Müraciətlər diqqətlə dinlənilmiş, bəzilərinin həlli ilə bağlı elə qəbul sırasında əlaqədar qurumlarla telefon əlaqəsi saxlanılmış və həllinə nail olunmuşdur. Digərlərinin isə deputatın yazılı müraciəti ilə yerli və mərkəzi icra orqanlarına ünvanlanacağı qəbula gələn vətəndaşlara bildirilmişdir.

Manevr.az

Xəbəri paylaş

Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə

Çox oxunanlar

Son yüklənənlər

Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu

Portalımızı dəyərləndirin.

Çox oxunanlar