Sizin Reklam Burada
Xəbər lenti
29-11-2024
28-11-2024
BÜTÜN XƏBƏRLƏR

Qaz sayğaclarına onlayn nəzarət tətbiq olunacaq

Tarix: 08-09-2020 11:18     Baxış: 3202 A- / A+
Qaz sayğaclarına onlayn nəzarət tətbiq olunacaq

“Azəriqaz” İstehsalat Birliyi qaz sayğaclarının idarə edilməsində işin səmərəliliyini təmin etmək üçün yeni layihənin həyata keçirilməsini planlaşdırır.

Qurumdan verilən məlumata görə, belə ki, hazırda həm istismar müddəti başa çatan, həm də dövri yoxlama müddəti yaxınlaşan (əhali abonent qrupu üçün 5 ildən bir) sayğaclar smart-kart tipli və ya mexaniki-elektron tipli olmasından asılı olmayaraq, bəzi istisnalar edilməklə əksər hallarda mexaniki-elektron tipli sayğaclarla əvəzlənir. Quraşdırılan bu sayğacların göstəricilərinin fiziki olaraq oxunuşu üçün xeyli sayda nəzarətçi işə cəlb olunur. Bu baxımdan işin səmərəliliyinin artırılması məqsədilə qərara alınıb ki, abonentlərin istifadəsində olan mövcud mexaniki-elektron tipli sayğaclara əlavə onlayn nəzarət qurğuları yerləşdirilsin. Radio dalğa ötürücüləri ilə çalışan qurğular imkan verir ki, uzaq məsafədən nəzarətçi fərdi yaşayış evinə yaxınlaşmadan səyyar terminalla mexaniki-elektron tipli sayğacın məlumatlarını bir neçə dəqiqə ərzində oxuyaraq mərkəzi bazaya ötürsün. Mexaniki-elektron tipli sayğac öz funksiyasını əvvəlki kimi yerinə yetirir. Sadəcə qaz axını ilə bağlı məlumatlar paralel olaraq uzaqdan idarəediləcək formada qurğunun qeydiyyatına düşür. Bu qurğuların bir neçə modeli mövcuddur. Onlardan bəziləri fiziki müdaxilə olmadan uzaqdan idarəetmə ilə borclu abonentin mexaniki-elektron tipli sayğacının klapanının bağlanmasına da şərait yaradır.

Beləliklə, çox sayda işçi sayğac göstəricilərinin oxunmasına cəlb edilməyəcək, onlar digər mühüm işlərdə səmərəli istifadə olunacaq. Eyni zamanda nəzərə alsaq ki, çoxmərtəbəli binalarda da smart-kart tipli sayğaclar dövri yoxlanış müddəti bitdiyi zamanı mexaniki-elektron tipli sayğaclarla əvəz edilə bilər, bu halda da, abonentin hər dəfə qapısı döyülərək narahat edilməsi minimuma enəcək.

Başqa bir halda, onlayn nəzarət qurğuları mexaniki-elektron tipli sayğacların göstəricilərinin ilin sonunda tam vaxtında oxunmasını təmin edəcək. Bununla da güzəştli limit həddinin hesablanması ilə bağlı hər yeni ilin yanvar ayının birinci on günlüyündə oxunma aparıldığı üçün abonentlərin narazılığına son qoyula bilər. Yəni, limitlə bağlı keçid dövrünü smart-kart tipli sayğaclarda olduğu kimi mexaniki-elektron tipli sayğaclarda da eyni vaxtda – hər il dekabrın 31-də tənzimləmək üçün şans yaranır.

Hazırda müvafiq sənədləşmə işləri aparılır və bu qurğuların istehsalçı şirkətləri ilə danışıqlara başlanılıb. İlkin mərhələdə yeni qurğuların Mənzil Tikinti Kooperativlərinin inşa etdiyi çoxmərtəbəli binalarda sınaqdan keçirilməsi planlaşdırılıb.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar