Sizin Reklam Burada
Xəbər lenti
18-09-2026
17-09-2026
BÜTÜN XƏBƏRLƏR

Ombudsmandan Məleykə Abbaszadəyə MÜRACİƏT

Tarix: 07-09-2020 10:49     Baxış: 3224 A- / A+
Ombudsmandan Məleykə Abbaszadəyə MÜRACİƏT

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva bir qrup abituriyent tərəfindən Ombudsmana edilmiş müraciət əsasında Dövlət İmtahan Mərkəzinə (DİM-ə) məktub ünvanlayıb.

Ombudsman Aparatından bildirilib ki, müraciətdə koronavirus pandemiyası ilə əlaqədar olaraq məktəblərin bağlanması, həmçinin qrup halında məşğələlərin məhdudlaşdırılması ilə bağlı abituriyentlər üçün yaranmış çətinliklər, internetə fasiləsiz çıxışın olmaması səbəbindən bəzi abituriyentlərin onlayn dərslərə qoşulmasında ortaya çıxan problemlər, imtahan vaxtlarının dəyişdirilməsi məsələsi və bütün bunların nəticədə həmin abituriyentlərin imtahanlarda yüksək bal toplamasına mane olduğu qeyd olunub.

Abituriyentlərin Müvəkkilə müraciətini və bütün dünyada olduğu kimi ölkəmizdə də koronavirus epidemiyasının daha geniş yayılmasının qarşısını almaq üçün görülən tədbirlərin normal həyat şərtlərini dəyişməsini, eyni zamanda cari ilin məzunlarının əvvəlki illərin abituriyentləri ilə müqayisədə daha gərgin psixoloji vəziyyətdə olmasını nəzərə alaraq, Ombudsman Səbinə Əliyeva müsabiqə şərtlərinin yumşaldılması və yaranmış vəziyyətlə bağlı müvafiq köməklik göstərilməsi ilə bağlı DİM rəhbərliyinə müraciət edib.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar