Sizin Reklam Burada
Xəbər lenti
13-10-2025
12-10-2025
BÜTÜN XƏBƏRLƏR

Sərt karantin rejimi yenidən tətbiq ediləcək? -AÇIQLAMA

Tarix: 06-09-2020 21:21     Baxış: 3293 A- / A+
Sərt karantin rejimi yenidən tətbiq ediləcək? -AÇIQLAMA

Mart ayından etibarən məktəblər, metro, böyük ticarət mərkəzləri bağlandı. Həmin aydan başlayaraq tətbiq edilən, aprel ayından isə daha da sərtləşdirilən karantin tədbirləri məhz səhiyyə sistemini virusla mübarizəyə hazırlamaq, insanları daha çox məlumatlandırmaq, yeni davranış qaydalarını təbliğ etmək idi. Həmçinin qısa bir zamanda mütəxəssislərdən ibarət komanda yaradıldı. Dövlətimiz karantin müddətində qarşıda duran bütün vacib məsələləri həll etdi. Ölkəmiz əhalinin sosial təminatı yönündə də təxirəsalınmaz addımlar atdı. Səhiyyə sistemi müasir səhiyyə strukturuna uyğunlaşdırıldı.

Manevr.az-ın xəbərinə görə, bunu Milli Məclisin deputatı Müşfiq Cəfərov deyib.

Deputat bildirib ki, avqustun 5-dən statistik göstəricinin müsbətə doğru dəyişməsini nəzərə alaraq yumşalmaya gedildi. Bu həm iqtisadiyyatın davamlılığı, həm də insanların istirahətini, sosial-psixoloji vəziyyətini yaxşılaşdırmaq baxımdan vacib addım idi.

M.Cəfərov deyib ki, yumşalma addımları elə atılır ki, xəstələrin sayı kəskin artmasın. İnsanların səhətini ön plana çəkən dövlətimiz hər yumşalmada sağlamlığın təminatını üstün tutur. Fəal açılışlara gedən ölkələrdəki vəziyyətə nəzər salsaq görərik ki, həmin ölkələrdə yumşalmalardan sonra xəstələrin sayı kəskin artıb.

"Xəstəliyin yüksək dinamikasına görə fərqlənən bölgələrdə də göstəricilər yaxşı olduğundan bu yumşalmaların davamlı olmasına şərait yarandı. Artıq rayonlara gediş-gəliş və qapalı məkanlara olan qadağa aradan qaldırıldı", - Milli Məclisin deputatı deyib.

M.Cəfərov qeyd edib ki, karantin rejiminə yumşalmalar həyata keçirilsə də, insanlar maksimum diqqətli olmalıdırlar. Çünki sərt rejimə yenidən dönməmək üçün vətəndaşlar məsuliyyətli olmalı, bütün qaydalara əməl etməlidirlər. Belə olduqda qarşıdakı günlərdə də bəzi qadağalar ləğv edilər. Əks təqdirdə göstərişlərə riayət edilməməsi durumunda yoluxma sayı artar və əvvəlki kimi sərt karantin tətbiq edilə bilər. Qısacası hər şey hər kəsin fərdi məsuliyyətindən asılıdır.trend

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar