Sizin Reklam Burada
Xəbər lenti
29-11-2024
28-11-2024
BÜTÜN XƏBƏRLƏR

Avtobuslarda gediş haqqı 40-50 qəpik olacaq — AÇIQLAMA

Tarix: 05-09-2020 13:54     Baxış: 4302 A- / A+
Avtobuslarda gediş haqqı 40-50 qəpik olacaq — AÇIQLAMA


"İctimai nəqliyyatda növbəti qiymət artımı 40-50 qəpik ətrafında ola bilər”.

Manevr.az xəbər verir ki, bunu “redaktor.az”a açıqlamasında iqtisadçı-ekspert Rəşad Həsənov bildirib.

Onun sözlərinə görə, əgər vahid taksi dispetçeri yaradılsa və vahid qiymət tətbiq edilsə, bu, ictimai nəqliyyatda da gediş haqqına öz təsirini göstərəcək:

"Tarif Şurası qiymət artımını əsaslandırmalıdır və bunun üçün də şərtlər dəyişməlidir; yanacağın qiymətində ciddi artım, avtobuslarla daşınan sərnişinlərin sayı az olmalıdır (ancaq oturacaq sayı qədər). Lakin hazırda bizdə ictimai nəqliyyatda "mehriban olmaq” məsələsi hökm sürür.
Qısacası, bu tip əsaslar olmadan Tarif Şurası qiymət artımı edə bilməz. Əgər taksi qiymətləri artsa, bütün tələb ictimai nəqliyyata yönələcək. Amma ictimai nəqliyyat istiqamətində də hələ də yekunlaşmayan, həll edilməsi gərəkən problemlər mövcuddur”.

Ekspert qeyd edib ki, BNA taksi xidmətləri sahəsində olduğu kimi, bu sahədə də xüsusi konsepsiyalar hazırlamalıdır:

"Məsələn; keyfiyyətin artırılması istiqamətində standartların tətbiq edilməsi, leqallaşmanın aparılması, dövriyyənin şəffavlığı, sürücü və müştərilərin təhlükəsizliyinin təmin edilməsi lazımdır.

İctimai nəqliyyatda növbəti qiymət artımı 40-50 qəpik ətrafında ola bilər. Qiymətlər indiki kimi 30% artırılsa, bu, kifayət qədər dövriyyə deməkdir. Lakin bu qeyd edilənlər hazırkı dövr üçün heç də uyğun olmaz”

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar