Xəbər lenti
Gürcüstandan daha 123 Azərbaycan vətəndaşı gətirildi

Gürcüstandan daha 281 nəfər Azərbaycana təxliyə edilib.
Manevr.az xəbər verir ki, təxliyə edilənlərdən 123-ü Azərbaycan, 151-i Gürcüstan, 5-i Rusiya, 1-i Türkiyə, 1-i isə Ukrayna vətəndaşıdır.
Onlar ötən gün Marneulidəki klinikalardan birində koronavirus testlərindən keçiriliblər və heç birində "COVID-19" virusu aşkarlanmayıb.
Təxliyə edilənlər bu dəqiqələrdə Azərbaycanın Gürcüstandakı səfirliyinin binasının qarşısından xüsusi ayrılmış 5 avtobusla "Sınıq Körpü" sərhəd keçid məntəqəsinə yola salınıblar.
Qeyd edək ki, aprelin 5-də Azərbaycan-Gürcüstan sərhədlərinin bağlanmasından sonra Gürcüstandan 2 minə yaxın azərbaycanlının təxliyəsi həyata keçirilib.
Gürcüstandan Azərbaycan vətəndaşlarının növbəti təxliyəsinin isə sentyabrın 8-də həyata keçiriləcəyi bildirilib./apa
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər


Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
İmarət Cəlilqızı
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar































