Xəbər lenti
İşsiz vətəndaşlar üçün — SEVİNDİRİCİ XƏBƏR
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin özünüməşğulluq proqramına dəstək məqsədilə kommersiya banklarının həyata keçirdiyi “Özünüməşğulluğa Dəstək Layihəsi”nə qoşulmaq istəyən vətəndaşların müraciətlərinin qəbulu davam edir.
Nazirlikdən verilən məlumata görə, işsiz aztəminatlı şəxslər, əlilliyi olan şəxslər, şəhid ailəsi üzvləri, məcburi köçkünlər, ünvanlı sosial yardımı alanlar və həssas qruplardan olan digər şəxslər layihəyə cəlb ediləcək və onlar üçün bankların dəstəyi ilə kiçik bizneslər yaradılacaq.
Bu il ərzində layihəyə qeyd edilən kateqoriyalardan olan 1000 nəfər işsiz şəxsin cəlb edilməsi nəzərdə tutulur.
Proqram çərçivəsində aşağıda qeyd olunan fəaliyyət istiqamətləri üzrə kiçik bizneslərin qurulması üzrə aktivlər təklif edilə bilər:
1.Un məmulatları istehsalı (kiçik çörəkbişirmə və şirniyyat sexi)
2.PVC qapı və pəncərə hazırlanması
3.Kişi bərbərxanası
4.Avtoyağlama
5.Komputer oyun salonu
6.Mebel (Kəsmə, Bant vurma, Oyma işləri)
7.Dizayner
8.Dəmirçi
9.Avtotornaçı (tokar)
10.Parket və taxta döşəmə cilalanması
11.Avtoelektrik
12.Meyvə qurutma
13.Fitnes (idman)
14.Poliqrafiya xidmətləri
15.Foto xidməti
16.Tekstil məhsulları istehsalı (kiçik dərzi sexi)
17.Brolyer inkubatoru
18.Qadın gözəllik salonu
19.Avtomobil şinlərinin təmiri
20.Avtoyuma
21.Avtoçilingər
22.Dülgər
23.Dönərçi
24.Yem üyütmə xidməti (mini yem dəyirmanı)
25.Yun darama
26.Naxış vurma
27.Təlim-tədris
28.Musiqiçi
29.Ayaqqabı təmiri və istehsalı
30.İstixana
Layihəyə cəlb edilmək üçün “e-sosial” portalında “Məşğulluq” altsistemində və ya aşağıda qeyd olunan e-mail ünvanlarına müraciət edilə bilər: project.dma@sosial.gov.az; mesgulluq@bbn.az mail göndərilərkən şəxsin ad, soyadı, faktiki ünvanını və əks əlaqə vasitəsi (mobil nömrə) göstərilməsi zəruridir.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar