Xəbər lenti
UCUZ KİRAYƏ EV axtaranlar, QİYMƏTlərdən xəbərdar olun
Yeni tədris ilinin başlamasına 2 həftədən az müddət qalmasına baxmayaraq kirayə mənzil bazarında durğunluq hökm sürür.
Manevr.az xəbər verir ki, bu barədə milli.az-a açıqlama verən əmlak bazarı üzrə ekspert Ramil Qasımzadə deyib:
"Yeni tədris ilinin başlamasına az müddət qalsa da kirayə mənzil bazarında canlanma müşahidə olunmur. Keçən illərdə kirayə bazarında biz adəti üzrə müşahidə etdiyimiz təhsil ilinin başlaması ilə əlaqədar olaraq canlanmaya bu il rast gəlmirik. Öyrəşmişdik ki, sentaybr ayında ənənəvi olaraq qiymət artımları baş verirdi. Bu da onunla bağlı idi ki, birdən-birə bazara kütləvi sayda kirayə mənzil axtaranlar daxil olurdu. Bunun bir neçə səbələri var idi. Həm biznes strukturları yeni mövsümə hazılaşırdılar, digər əsas səbəb isə dərs ilinin başlaması idi. Bu il isə keçən illərdən fərqləndi. Bildiyinz kimi, II, III və IV kurs tələbələri distant təhsil formasına cəlb olunublar. Bu, o deməkdir ki, hətta rayonda yaşayan tələbələr belə paytaxta üz tutmadan öz yaşadıqları yerdən internet vasitəsilə dərs prosesinə qoşula biləcəklər. Bu da paytaxtda kirayə mənzillərə tələbatı azaldıb. Digər bir səbəb də turistlərin gəlməməsi ilə bağlıdır".
Bakının 11 rayonundakı bina və həyət evlərin qiymətlərini təqdim edirik:
Bakı şəhərində kirayə verilən ən ucuz bina evlərinin qiymətləri
1.Səbail: minimum 300 AZN, maksimum
2.Nərimanov: minimum 250 AZN
3.Nəsimi: minimum 250 AZN
4.Yasamal: minimum 250 AZN
5.Xətai: minimum 220 AZN
6.Binəqədi: minimum 200 AZN
7.Qaradağ: minimum 150 AZN
8.Xəzər: minimum 150 AZN
9.Sabunçu: minimum 150 AZN
10.Suraxanı: minimum 200 AZN
11.Nizami: minimum 250 AZN
Bakı şəhərində kirayə verilən ən ucuz həyət evlərinin (fərdi yaşayış evləri) qiymətləri
1.Səbail: minimum 200-800 AZN
2.Nəsimi: minimum 250-800 AZN
3.Nərimanov: minimum 250 AZN
4.Nizami: minimum 300 AZN
5.Nəsimi: minimum 300 AZN
6.Xətai: minimum 250 AZN
7.Xəzər: minimum 200 AZN
8.Sabunçu: minimum 200 AZN
9.Suraxanı: minimum 200 AZN
10.Binəqədi: minimum 200 AZN
11.Qaradağ: 200 AZN
Ekspert ucuz kirayə mənzillərin ünvanlarını da açıqlayıb:
"Ümumiyyətlə, metro yaxınlığında olan mənzillər həmişə baha qiymətə təklif olunur. Yəni, insanlar avtobusdan istifadə etməməklə elə birbaşa metrodan nəqliyyat vasitəsi kimi istifadə etdikləri üçün o hissələrdə qiymətlər kənar yerlərlə müqayisədə hardasa 15-20% baha olur.
Sabunçu, Suraxanı, Binəqədidə daha çox fərdi yaşayış evləri (həyət evləri) kirayə verilir, nəinki bina evləri. Bu rayonlarda bina evlərinin sayı digərləri ilə müqayisədə azdır. Kirayə mənzil bazarında ən ucuz rayonlar Qaradağ, Sabunçu, Suraxanı rayonudur. Ən bahalı rayonlara isə Nərimanov, Nəsimi və Səbail rayonunu Bayıl qəsəbəsini çıxmaq şərti ilə daxil etmək olar.
Yeni tikililər isə sahəsindən, kommunal təchizatından, kompleksdə olan şəraitdən asılı olaraq müxtəlif qiymətlərə təklif olunur. Burada kv/m üzrə qiymətləndirmək daha düzgün olardı".
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar