Sizin Reklam Burada
Xəbər lenti
13-10-2025
12-10-2025
BÜTÜN XƏBƏRLƏR

Meşədə qarşınıza ayı çıxsa, nə etməli?

Tarix: 03-09-2020 09:31     Baxış: 3225 A- / A+
Meşədə qarşınıza ayı çıxsa, nə etməli?


Meşədə qarşınıza qəfil çıxan ayıdan özünüzü qorumağın bəzi qaydaları var.

Manevr.az oxu.az-a istinadən bildirir ki, vəhşi heyvanı görəndə təşvişlənmək, arxa çevirib qaçmağa çalışmaq və onun gözlərinə baxmaq olmaz. Yırtıcını gözlənilməz və böyük bir şeylə qorxutmaq lazımdır.

Məsələn, bərkdən qışqıra, yaxınlaşan heyvana daş ata və ya üst geyiminizi çıxarıb yelləyə bilərsiniz.

Ayını qorxutmaq üçün həm də çantanızı yuxarıya qaldırmaq və ya yanınızdakı adamlarla dairə yaradaraq gödəkçələrinizi açmaq kimi üsullar da var.

Ümumiyyətlə, vəhşi heyvanlar qarşılaşdıqları yad insanı daha yaxşı araşdırmaq və öz varlığı barədə xəbərdar etmək istədikdə arxa pəncələri üzərində dayanırlar.

Əgər ayı insana baxan zaman alt dodağını uzadır və irəliyə doğru tərpənmirsə, deməli, yad insan ərazini tərk etməlidir.

Belə olduqda səs çıxarmadan, qəfil hərəkət etmədən və heyvandan üz çevirmədən sürətlə geriyə doğru hərəkət etməlisiniz. Amma ayı sizi izləməyə başlayırsa, dayanın və olduğunuz yerdən ayrılmayın.

Yırtıcıların hücumuna məruz qaldıqda üzü yerə uzanmaq, yumaq kimi qıvrılmaq və ölmüş kimi davranmaq tövsiyə olunur. Mümkün qədər uzun müddət həmin vəziyyətdə qalın.

Xilasedicilər qeyd edir ki, meşədən keçərkən hay-küy salmaq, danışmaq, daşı-daşa vurmaq məsləhətdir, belə olduqda yırtıcı həmin yerdə adam olduğunu eşidib gedir.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar