Sizin Reklam Burada
Xəbər lenti
23-04-2024
22-04-2024
BÜTÜN XƏBƏRLƏR

“Sədərək”in sahibi dəyişir — Əvvəlki “yiyəsi” Ramiz Mehdiyevin himayəsində olub

Tarix: 02-09-2020 16:14     Baxış: 5237 A- / A+
“Sədərək”in sahibi dəyişir — Əvvəlki “yiyəsi” Ramiz Mehdiyevin himayəsində olub


“Sədərək” Ticarət Mərkəzinin sahibi dəyişir: Ramiz Mehdiyevdən sonra...


Azərbaycanda koronavirus pandemiyasına görə xüsusi karantin rejimi tətbiq ediləndən bu yana iri ticarət obyektlərinin fəaliyyəti dayandırılıb.

Lakin dünən “Binə” Ticarət Mərkəzinin fəaliyyət göstərdiyi barədə xəbər yayılıb.

Həmin məlumat hələ ki, təkzib olunmayıb və bu heç mümkün də deyil. Çünki ortada sözügedən obyektin fəaliyyət göstərdiyini təsdiq edən videogörüntü var.

Maraqlıdır ki, “Binə” bazarının işləməsinə baxmayaraq onun yaxınlığında yerləşən “Sədərək” Ticarət Mərkəzi fəaliyyətsiz qalıb.

Elə bazarın fəaliyyət göstərməsi faktının üzə çıxmasında “Sədərək”də çalışan sahibkarların rolu olub. Məhz onlar “Binə”nin fəaliyyət göstərməsi barədə məlumatı mediaya ötürərək bu ikili standarta aydınlıq gətirilməsini istəyiblər.

Manevr.az xəbər verir ki, yenisabah.az xəbər verir ki, “Sədərək” Ticarət Mərkəzinin sahibi Yusif Qədimovdur. O, Azərbaycan hakimiyyətində təmsil olunan bir sıra yüksək vəzifəli şəxslərə yaxınlığı ilə seçilir.

Mediada yazılanlara görə Yusif Qədimov Fövqəladə Hallar naziri Kəmaləddin Heydərova və Prezident Administrasiyasının keçmiş rəhbəri, hazırda Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Ramiz Mehdiyevin himayəsi altında fəaliyyət göstərib.

Yusif Qədimovun oğlu Vüqar Qədimov Prezident Administrasiyasının ictimai-siyasi şöbəsində sektor müdiri vəzifəsində çalışıb.

Bütün bu amillər uzun illər Yusif Qədimovu toxunulmaz edib. Hətta o dərəcədə ki, mediada “Sədərək” bazarı barədə bir cümlə tənqid belə yazmaq mümkün olmayıb.

Bəzi iddialara görə, Yusif Qədimovun himayəçiliyi zəiflədildikdən sonra o, “Sədərək” Ticarət Mərkəzini itirmək təhlükəsi ilə üzləşib.

“Binə” bazarından fərqli olaraq “Sədərək”in fəaliyyətsiz qalması da bununla izah edilir. Amma maraqlıdır ki, bazar fəaliyyət göstərməsə də sahibkarlardan icarə haqqı tələb edilir.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar